İslam həmrəyliyi və Türk dünyası: Bakıdan verilən mühüm mesajlar
Tarix: 17-09-2026 | Saat: 12:31
Bölmə:Siyasət | çapa göndər

Bakının son günlərdə ev sahibliyi etdiyi beynəlxalq tədbirlər Azərbaycanın yalnız siyasi və iqtisadi platformalarda deyil, həm də humanitar, mədəni və mənəvi müstəvilərdə fəal dialoq məkanı kimi mövqeyini nümayiş etdirir. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları, eləcə də Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüşdə müxtəlif ölkələrdən dini liderlərin iştirakı Azərbaycanı Türk dünyası, Qafqaz və daha geniş İslam coğrafiyası arasında dialoqun mühüm ünvanlarından birinə çevirən amilləri bir daha üzə çıxardı.
Bu tədbirlərin eyni vaxtda keçirilməsi də təsadüfi deyil. Bir tərəfdən Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlərinin 7-ci toplantısı dini liderlər arasında əməkdaşlıq imkanlarını müzakirə etmək üçün platforma yaradırsa, digər tərəfdən Yəhya Bakuvi irsinin beynəlxalq konfrans səviyyəsində gündəmə gətirilməsi Azərbaycanın zəngin elmi-fəlsəfi və mənəvi irsinin müasir dünyaya təqdim olunmasına xidmət edir.
XV əsrdə yaşamış Seyid Yəhya Bakuvi Azərbaycan düşüncə tarixində özünəməxsus yer tutur. Onun irsi yalnız bir tarixi şəxsiyyətin yaradıcılığı kimi deyil, əsrlər boyu formalaşmış elmi, fəlsəfi və mənəvi düşüncə ənənəsinin bir hissəsi kimi qiymətləndirilə bilər. Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlərin irsi Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfələrin miqyasını göstərir. Prezident İlham Əliyevin də görüşdə vurğuladığı kimi, bu irs Azərbaycanla yanaşı, bütövlükdə İslam dünyasının mədəni sərvətinin mühüm hissəsidir.
Dini liderlərin sülh və həmrəylikdə rolu
Müasir dünyada dini liderlərin məsuliyyəti yalnız dini məsələlərlə məhdudlaşmır. Müxtəlif cəmiyyətlərdə onların sözünün ictimai təsir gücü böyükdür. Bu səbəbdən dini nüfuzdan qarşıdurmaları dərinləşdirmək üçün deyil, əksinə, anlaşma, mərhəmət, sülh və əməkdaşlıq mühitinin gücləndirilməsi üçün istifadə edilməsi xüsusilə vacibdir.
Prezident İlham Əliyevin görüş zamanı diqqət çəkdiyi əsas məqamlardan biri də məhz budur. Azərbaycanda İslam həmrəyliyinə münasibət yalnız şüarlar və bəyanatlarla deyil, konkret tədbirlər və beynəlxalq əməkdaşlıq formatları ilə ifadə olunur. 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları da bu baxımdan mühüm nümunə idi. Azərbaycan həmin tədbiri sadəcə idman yarışları kimi deyil, müxtəlif müsəlman ölkələrindən olan xalqları bir araya gətirən həmrəylik platforması kimi təqdim etmişdi.
Bu siyasətin davamı olaraq 2027-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Konfransına ev sahibliyi etməsi də xüsusi əhəmiyyət daşıyır. Prezidentin sentyabrın 10-da İƏT-in baş katibinə ünvanladığı məktubda da Azərbaycanın 2027-ci ildə İslam Zirvə Konfransının 16-cı sessiyasını və digər mühüm tədbirləri qəbul edəcəyi təsdiqlənib.
Mən hesab edirəm ki, belə tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin İslam dünyası ilə münasibətlərinin yalnız ikitərəfli əlaqələr səviyyəsində deyil, çoxtərəfli platformalarda da inkişaf etdiyini göstərir. Əsas məsələ isə bu imkanlardan səmərəli istifadə etməklə qarşılıqlı anlaşmaya və ortaq mövqelərin formalaşmasına töhfə verməkdir.
Türk dünyası ilə Qafqaz arasında körpü
Azərbaycanın bu prosesdə xüsusi mövqeyini şərtləndirən amillərdən biri onun həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsi olmasıdır. Bakıda keçirilən görüşdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini rəhbərləri ilə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazdan olan dini nümayəndələrin də iştirakı bu coğrafi və mədəni yaxınlığın praktiki ifadəsi kimi diqqət çəkir. Azərbaycanın tarixində müxtəlif mədəniyyətlərin və dini ənənələrin qarşılıqlı təsiri xüsusi yer tutur. Bu təcrübə ölkəmizin bu gün də dialoq və əməkdaşlıq platforması kimi çıxış etməsinə imkan yaradır. Tolerantlıq və müxtəlif dini icmaların birgəyaşayış ənənəsi Azərbaycanın beynəlxalq təqdimatında mühüm yer tutur.
Bu baxımdan, dini liderlərin Bakıda bir araya gəlməsi yalnız protokol xarakterli görüş deyil. Burada həm də müxtəlif cəmiyyətlərin bir-birini daha yaxından tanıması, ortaq dəyərlər ətrafında fikir mübadiləsi aparması və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün imkan yaranır.
Qarabağın dirçəlişi mənəvi yaddaşla birlikdə gedir
Nümayəndə heyətinin Qarabağa səfərinin nəzərdə tutulması görüşün digər mühüm istiqamətidir. Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfər edəcək dini liderlər burada həm keçmiş münaqişənin nəticələri, həm də hazırda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Prezident İlham Əliyev bu səfərin əhəmiyyətindən danışarkən həm işğalın izlərinin, həm də Qarabağda yeni həyatın formalaşmasının nümayəndə heyəti tərəfindən görüləcəyini bildirib.
Qarabağın bərpası Azərbaycan üçün yalnız infrastruktur layihəsi deyil. Bu proses insanların doğma torpaqlarına qayıdışını, şəhər və kəndlərin yenidən qurulmasını, tarixi-mədəni irsin bərpasını və uzun illərdən sonra həyatın həmin ərazilərə qayıtmasını özündə birləşdirir. Prezidentin rəsmi məlumatına görə, hazırda Qarabağ və Şərqi Zəngəzurda 48 şəhər və kənddə insanlar yaşayır, həmin ərazilərdə yaşayanların sayı 90 mini ötüb. Bu göstəricilər Böyük Qayıdış prosesinin artıq real sosial nəticələr yaratdığını göstərir. Mənəvi irsin bərpası da bu prosesin ayrılmaz hissəsidir. Ağdam məscidinin bərpasının ilk layihələrdən biri olması təsadüfi deyil. Prezidentin görüşdə qeyd etdiyi kimi, bərpa prosesinə 2021-ci ildən başlanılıb və indiyədək 12 məscid bərpa edilərək yenidən istifadəyə verilib. Bu fakt Qarabağda quruculuğun yalnız yeni yolların, yaşayış məhəllələrinin və sosial obyektlərin tikintisi ilə məhdudlaşmadığını, dini və mədəni irsin də diqqət mərkəzində saxlanıldığını göstərir.
Keçmişi unutmadan gələcəyə baxmaq
Qarabağ məsələsinin digər mühüm tərəfi tarixi yaddaşdır. Xocalı faciəsi, dağıdılmış yaşayış məntəqələri, məscidlər və digər mədəni-dini abidələr Azərbaycan cəmiyyətinin yaddaşında xüsusi yer tutur. Bu yaddaşın qorunması gələcək nəsillər üçün tarixi həqiqətlərin çatdırılması baxımından vacibdir.
Eyni zamanda, yaddaş və gələcəyə baxış bir-birinə zidd anlayışlar deyil. Əksinə, dayanıqlı sülh üçün keçmişin nəticələrini düzgün qiymətləndirmək, xalqlar arasında düşmənçiliyin gələcək nəsillərə ötürülməsinin qarşısını almaq və regional əməkdaşlıq üçün yeni imkanlar yaratmaq lazımdır. Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəliyinin ön plana çıxması da bu baxımdan mühüm məqamdır. Prezident İlham Əliyev son çıxışında Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdiyini vurğulayıb. Azərbaycanın mövqeyindən yanaşdıqda, güclü dövlətçilik və sülh bir-birini tamamlayan amillərdir. Ölkənin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, regionda uzunmüddətli sabitliyin formalaşdırılması da mühüm məqsəddir. Qarabağda aparılan quruculuq işləri bunun praktik ifadələrindən biridir.
Birlik yalnız sözlə deyil, əməli fəaliyyətlə möhkəmlənir
Bugünkü mürəkkəb beynəlxalq şəraitdə Türk dünyasının, Qafqazın və İslam ölkələrinin qarşılıqlı əməkdaşlığının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Burada söhbət yalnız siyasi və iqtisadi əlaqələrdən getmir. Təhsil, mədəniyyət, elm, dinlərarası dialoq və humanitar əməkdaşlıq da xalqları bir-birinə yaxınlaşdıran mühüm vasitələrdir.
Bakıda keçirilən toplantıların əsas mesajlarından birini də məhz burada görürəm. Birlik ilk növbədə qarşılıqlı etimaddan, dialoqdan və bir-birinin dəyərlərinə hörmətdən başlayır. Dini liderlərin sülh və həmrəylik çağırışları bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın qarşıdakı dövrdə həm Türk Dövlətləri Təşkilatı, həm İslam Əməkdaşlıq Təşkilatı, həm də digər beynəlxalq platformalarda bu istiqamətdə təşəbbüslərini davam etdirməsi ölkəmizin regional və qlobal dialoqa verdiyi töhfələri daha da artıracaq.
Prezident İlham Əliyevin Bakıda keçirilən görüş zamanı səsləndirdiyi fikirlərin mahiyyətində də mühüm bir çağırış dayanır: müxtəlif coğrafiyalarda yaşayan xalqları qarşıdurma deyil, əməkdaşlıq və həmrəylik birləşdirməlidir. Azərbaycanın öz tarixi təcrübəsi ilə nümayiş etdirdiyi əsas məqamlardan biri də budur ki, milli kimliyi və mənəvi dəyərləri qorumaqla yanaşı, sülhə, dialoqa və qarşılıqlı anlaşmaya açıq olmaq mümkündür. Bu baxımdan, Bakıda keçirilən beynəlxalq dini və elmi-mədəni tədbirləri yalnız bir neçə günlük toplantı kimi qiymətləndirmək düzgün olmazdı. Bu platformalar Azərbaycanın tarixi-mədəni irsinin tanıdılması, Türk dünyası ilə əlaqələrin dərinləşdirilməsi, İslam həmrəyliyinin praktik məzmunla zənginləşdirilməsi və regionda sülhə xidmət edən dialoqun inkişafı üçün yeni imkanlar yaradır.
Asif Əsgərov,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər