Azər Kərimli: “2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz döyüşləri Ordumuzun torpaqları azad etmək əzmini açıq şəkildə nümayiş etdirdi”
Tarix: 21-09-2026 | Saat: 10:29
Bölmə:Manşet / Siyasət | çapa göndər

“27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında yalnız Vətən müharibəsinin başlandığı tarix kimi deyil, həm də uzun illər davam edən işğalın, ədalətsizliyin və nəticəsiz danışıqların yaratdığı tarixi zərurətin dönüş nöqtəsi kimi yaşayır. Bu günü anarkən 44 günlük savaşın hansı şəraitdə başlandığını da düzgün dəyərləndirmək vacibdir. Çünki Vətən müharibəsi qəfil yaranmış qarşıdurma deyildi. O, xalqımıza qarşı onilliklər boyu yürüdülən təcavüzkar siyasətin və sülh imkanlarının ardıcıl şəkildə məhv edilməsinin nəticəsi idi. Birinci Qarabağ müharibəsindən sonra Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən beşdəbirini işğal altında saxlayırdı. Yüz minlərlə azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salınmış, şəhər və kəndlər dağıdılmış, tarixi və mədəni irsə ağır zərbə vurulmuşdu. Xocalıda törədilən soyqırımı isə bu faciənin ən amansız səhifələrindən birinə çevrilmişdi. Buna baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə ümidini uzun müddət qorudu və beynəlxalq hüququn işləyəcəyinə inanaraq danışıqlar prosesində iştirak etdi. Lakin illər keçdikcə ikili standartların və beynəlxalq təsir mexanizmlərinin nəticəsizliyinin yaratdığı mənzərə daha aydın görünməyə başladı. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılmasını tələb edən qətnamələri icrasız qaldı. ATƏT-in Minsk qrupu isə uzun illər real nəticə əldə edə bilmədi. Beləliklə, işğal faktı aradan qalxmır, status-kvonu dəyişmək üçün siyasi iradə nümayiş etdirilmir, Ermənistan isə vaxtdan yeni təxribatlar üçün istifadə edirdi.”
Bu fikirlər Milli Məclisin deputatı Azər Kərimlinin aia.az-a açıqlamasında yer alıb.
Millət vəkili Azərbaycan xalqının heç zaman işğalla barışmadığını vurğulayaraq, 2016-cı ilin Aprel döyüşlərinin və 2020-ci ilin Tovuz döyüşlərinin Ordumuzun torpaqları azad etmək əzmini açıq şəkildə nümayiş etdirdiyini bildirib: “Lakin bu döyüşlərin nəticələrindən dərs almayan Ermənistanın siyasi-hərbi rəhbərliyi öz təxribatçı mövqeyindən geri çəkilmədi. Təmas xətti boyunca atəşkəsin pozulması, dinc yaşayış məntəqələrinin hədəfə alınması və açıq revanşist bəyanatlar yeni müharibə təhlükəsini getdikcə reallaşdırırdı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı hücuma keçməsi artıq son həddi aşan təxribat oldu. Tərtər, Ağdam, Füzuli və Cəbrayıl istiqamətində yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dinc insanlar da həlak oldu. Azərbaycan dövlətinin və Ordusunun qarşısında yalnız bir seçim qalırdı: təcavüzü dəf etmək, vətəndaşların təhlükəsizliyini təmin etmək və işğala son qoymaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlayan əks-hücum əməliyyatı məhz bu zərurətdən doğdu. 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi gücünün və xalq-ordu birliyinin təntənəsinə çevrildi. Döyüş meydanında qazanılan uğurlar sübut etdi ki, illər boyu aparılan məqsədyönlü dövlət siyasəti Azərbaycanın öz haqqını qorumaq imkanlarını formalaşdırıb. Ordumuzun azad etdiyi hər bir şəhər və kənd tarixi ədalətin bərpasına doğru atılan addım idi. Bu Qələbənin ən müqəddəs qiymətini isə şəhidlərimiz öz canları ilə ödədilər. Onların hər biri Azərbaycanın azadlıq salnaməsinə adını əbədi yazdı. Anım Günündə şəhidlərimizin xatirəsini yad edərkən bir həqiqəti də unutmamalıyıq: onlar təkcə döyüş meydanında qəhrəmanlıq göstərmədilər, həm də gələcək nəsillərə Vətənə sədaqətin ən ali nümunəsini qoydular. Bu gün azad Qarabağda aparılan quruculuq işləri və insanların doğma torpaqlara qayıdışı həmin fədakarlığın mənəvi davamıdır. 27 Sentyabr bizə həm keçmişin dərslərini xatırladır, həm də müstəqil Azərbaycanın öz gücü, milli iradəsi və xalqın birliyi sayəsində tarixi ədaləti bərpa etdiyini göstərir. Şəhidlərimizin xatirəsi qarşısında ən böyük ehtiram isə onların uğrunda can verdiyi Vətəni daha da güclü etmək, firavan və əbədi yaşatmaqdır” – deyə, Azər Kərimli fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-09-2026
09:52 Bakıda YAĞIŞ YAĞACAQ