Mobil versiya
Səhiyyə Nazirliyi Səyyad Aranın fikirlərinə aydınlıq gətirdi
Tarix: 21-09-2026 | Saat: 15:10
Bölmə:Karusel / Gündəm | çapa göndər

Səhiyyə Nazirliyi Səyyad Aranın fikirlərinə aydınlıq gətirdi

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aranın səhiyyə naziri tərəfindən rayonlarda vətəndaş qəbullarının keçirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə Səhiyyə Nazirliyi tərəfindən aydınlıq gətirilib.

aia.az xəbər verir ki, nazirliyin açıqlamasında vətəndaşların qəbulunun müəyyən edilmiş qrafik əsasında səhiyyə naziri və digər rəhbər vəzifəli şəxslər tərəfindən nazirliyin inzibati binasında həyata keçirildiyi bildirilib.

Qeyd olunub ki, vətəndaş qəbulu ilə bağlı müvafiq məlumatlar Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

“Bu baxımdan, sözügedən fikirlərin ictimaiyyət tərəfindən düzgün anlaşılması üçün qeyd olunan səlahiyyət bölgüsünün nəzərə alınması vacibdir”, – deyə açıqlamada vurğulanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-09-2026