Mobil versiya
Zelenskidən Putinlə görüşə yaşıl işıq: “Sülh üçün bunu edəcəyəm”
Tarix: 22-09-2026 | Saat: 19:15
Bölmə:Özəl | çapa göndər

Zelenskidən Putinlə görüşə yaşıl işıq: “Sülh üçün bunu edəcəyəm”




Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə birbaşa danışıqlar aparmağa hazır olduğunu bildirib.

Zelenski mümkün üzbəüz görüşün onun üçün asan olmayacağını etiraf etsə də, müharibənin sona çatmasına və sülhün yaxınlaşmasına xidmət edəcəyi təqdirdə belə bir addımı atacağını söyləyib.

“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq. Lakin sülhü yaxınlaşdırmaq naminə bunu edəcəyəm”, – deyə Ukrayna liderinin açıqlamasında bildirilir.

Bu bəyanat Kiyev və Moskva arasında mümkün yüksək səviyyəli birbaşa danışıqlar məsələsini yenidən gündəmə gətirib. Lakin açıqlama özlüyündə Putin-Zelenski görüşünün razılaşdırıldığı və ya tarixinin müəyyənləşdirildiyi anlamına gəlmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-09-2026