Mobil versiya
Sabah 35 dərəcə isti olacaq
Tarix: 23-09-2026 | Saat: 12:33
Bölmə:Ölkə | çapa göndər

Sabah 35 dərəcə isti olacaq

Sentyabrın 24-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə aia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam Quba-Qusar bölgəsinin bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var Gecə və səhər dağlıq ərazilərdə duman olacaq.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2026