Mobil versiya
TRIPP parlamentə gedir: Mirzoyana mühüm missiya həvalə olundu
Tarix: 23-09-2026 | Saat: 18:17
Bölmə:Özəl | çapa göndər

TRIPP parlamentə gedir: Mirzoyana mühüm missiya həvalə olundu




Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ABŞ-la TRIPP layihəsi üzrə sazişin ratifikasiyası zamanı hökuməti parlamentdə təmsil edəcək.

Bununla bağlı qərarı Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan imzalayıb. Mirzoyan parlament müzakirələri zamanı hökumətin rəsmi nümayəndəsi qismində çıxış edəcək.

Ermənistan və ABŞ arasında TRIPP regional nəqliyyat layihəsi üzrə çərçivə sazişi iyunun 4-də imzalanıb. Sənədi ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imzalayıblar.

Ermənistan hökuməti isə iyul ayında sazişin ratifikasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib. Bununla da TRIPP üzrə proses parlament mərhələsinə keçir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-09-2026