Mobil versiya
Kuba ilə ordusuz razılığa gələcəyik – Tramp
Tarix: 27-09-2026 | Saat: 12:30
Bölmə:Dünya | çapa göndər

Kuba ilə ordusuz razılığa gələcəyik – Tramp


ABŞ və Kuba hərbi əməliyyatlara ehtiyac olmadan razılığa gələcək.

aia.az "Reuters"-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Tennessiyə yola düşməzdən əvvəl jurnalistlərə deyib: "Deyərdim ki, Kuba ilə razılaşma əldə edəcəyik. Düşünmürəm ki, bizə ordu lazım olacaq. Biz Kubaya kömək etmək istəyirik, Kubanı xalqımıza açmaq istəyirik".

Xatırladaq ki, bu həftənin əvvəlində ABŞ prezidenti BMT Baş Assambleyasında çıxış edərək Kubanı uğursuz dövlət adlandırıb və adaya "azadlıq gələcəyini" elan edib. Bu çıxış zamanı Kuba nümayəndə heyəti zalı tərk edib.

Bir neçə gün əvvəl isə ABŞ mətbuatı Vaşinqton administrasiyasının Kubaya hərbi müdaxilə planı hazırlıqlarını bərpa etdiyinə dair məlumat yayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2026