Mobil versiya
Berlin 4 ildən sonra Lavrovun qapısını döydü – Görüş yarım saat da çəkmədi
Tarix: 27-09-2026 | Saat: 10:44
Bölmə:Dünya | çapa göndər

Berlin 4 ildən sonra Lavrovun qapısını döydü – Görüş yarım saat da çəkmədi



Rusiya və Almaniya xarici işlər nazirləri arasında 4,5 ildən sonra ilk birbaşa görüş Nyu-Yorkda baş tutub.

aia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Almaniyanın xarici işlər naziri Yohann Vadefulla görüşüb.

Görüş Almaniya tərəfinin təşəbbüsü ilə keçirilib və yarım saatdan az davam edib. Bu, iki ölkənin xarici işlər nazirləri arasında 2022-ci ildən bəri ilk görüş olub. Bundan əvvəl Lavrov Almaniyanın o zamankı xarici işlər naziri Annalena Berbokla 18 yanvar 2022-ci ildə görüşmüşdü.

Lavrov daha sonra BMT-də keçirdiyi mətbuat konfransında Vadefulla görüşünün detallarını açıqlayıb. O bildirib ki, almaniyalı həmkarından görüşə hansı təkliflə gəldiyini izah etməsini istəyib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Vadeful qeydlərini çıxararaq Almaniya rəhbərliyinin onsuz da açıq şəkildə səsləndirdiyi mövqeləri təkrarlayıb.

“Bu görüşdən özüm üçün yeni heç nə götürmədim”, – Lavrov deyib.

Sergey Lavrovun sözlərinə görə, görüşdə Ukrayna və Qara dəniz regionundakı vəziyyət də gündəmə gətirilib. O, Almaniya tərəfinin Rusiyadan Ukrayna istiqamətində güzəştlər gözlədiyini, həmçinin Qara dənizdə tankerlərin və quru yük gəmilərinin maneəsiz hərəkətinin təmin edilməsini istədiyini bildirib.

Görüş tərəflər arasında ciddi fikir ayrılıqlarının davam etdiyi bir vaxtda baş tutub. Vadeful sentyabrın 23-də BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Rusiyanın Ukraynadakı hərəkətlərini kəskin tənqid etmiş və Berlinin Kiyevə dəstəyini davam etdirəcəyini göstərmişdi.

Almaniya XİN-in məlumatına görə, Vadeful BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində Almaniya nümayəndə heyətinə rəhbərlik etmək üçün Nyu-Yorka səfər edib. Onun proqramına Ukrayna müharibəsi və digər beynəlxalq böhranlarla bağlı çoxsaylı görüşlər daxil edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2026