Entoni Qordondan İngiltərə futboluna irad: “Məni yalnız sürətimə görə qiymətləndirirdilər”
Tarix: 30-09-2026 | Saat: 18:39
Bölmə:Özəl | çapa göndər

İngiltərə millisinin futbolçusu Entoni Qordon karyerasında yaşadığı dəyişiklikdən danışaraq, İngiltərədə oyun keyfiyyətlərinin tam qiymətləndirilmədiyini bildirib.
Qordonun sözlərinə görə, İngiltərədə çıxış etdiyi dövrdə əsasən sürəti, pressinqi və hücum fəallığı ön plana çəkilib. Futbolçu isə texniki bacarığı və meydandakı qərarvermə qabiliyyətinin lazımi qədər diqqət görmədiyini düşünür.
O bildirib ki, İspaniyada fərqli futbol üslubunda çıxış etməsi digər xüsusiyyətlərini də nümayiş etdirməsinə imkan yaradıb: “İnsanlar artıq yalnız sürətimlə fərqlənmədiyimi görməyə başlayıblar”.
Qordon əlavə edib ki, “Barselona” kimi texniki futbolun ön planda olduğu komandada oyun zəkası və topla davranış xüsusi əhəmiyyət daşıyır.
Futbolçu hesab edir ki, yeni mühit onun oyununa münasibəti dəyişib və əvvəllər kölgədə qalan texniki keyfiyyətlərini daha aydın göstərməsinə şərait yaradıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-09-2026