Mobil versiya
Səyahətdə süni intellekt, yoxsa insan məsləhəti? Turistlərin seçimi bəlli oldu
Tarix: 30-09-2026 | Saat: 19:17
Bölmə:Özəl | çapa göndər

Səyahətdə süni intellekt, yoxsa insan məsləhəti? Turistlərin seçimi bəlli oldu



Süni intellekt səyahət planlaşdırılmasında sürətlə populyarlaşsa da, turistlər vacib qərarları tamamilə alqoritmlərə həvalə etməyə hələ hazır deyillər. “Hilton 2027 Trends” araşdırmasına görə, səyahətçilərin 63 faizi planlaşdırma zamanı süni intellekt alətlərindən istifadə etsə də, 70 faizi otel əməkdaşlarının tövsiyələrinə güvənir.

Araşdırma göstərir ki, turistlər süni intellektdən daha çox ilkin məlumat toplamaq və səfərin ümumi planını hazırlamaq üçün yararlanırlar. Restoran, yerli əyləncə və daha fərdi seçimlərə gəldikdə isə insan təcrübəsinə üstünlük artır.

Respondentlərin yalnız 22 faizi şəxsi maraqlarına uyğun marşrutun hazırlanmasını süni intellektə həvalə etməyə hazırdır. Restoran və bar seçimində bu göstərici 20, turistlərin az tanıdığı yerli məkanların tapılmasında isə cəmi 18 faizdir.

Yaş qrupları arasında da ciddi fərq müşahidə olunur. Millenniallar süni intellekt tövsiyələrinə daha açıq yanaşdığı halda, “bebi-bumer” nəsli turagent və otel əməkdaşlarının şəxsi təcrübəsinə daha çox üstünlük verir.

Ən yüksək etimad isə nə süni intellektə, nə də turizm mütəxəssislərinə göstərilib. Sorğuda iştirak edənlərin 87 faizi səyahətlə bağlı qərarlarda ailə üzvlərinin məsləhətinə güvəndiyini bildirib.

Araşdırmanın ümumi nəticəsi göstərir ki, süni intellekt turizmdə mühüm planlaşdırma vasitəsinə çevrilsə də, turistlər fərdi və daha mürəkkəb seçimlər zamanı hələ də real insanların təcrübəsini daha etibarlı hesab edirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2026