Eltun Süleymanov :"Cəbrayılın yeni nəfəsi və Böyük Qayıdışdan böyük quruculuğa yazılan tarix "
Tarix: 01-10-2026 | Saat: 10:38
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bir şəhərin yenidən qurulmasını yalnız tikilən binaların sayı ilə ölçmək mümkün deyil. Əsl dirçəliş evlərin işıqlarının yanması, məktəblərdə uşaqların səsinin eşidilməsi, küçələrdə insanların görünməsi, istehsal müəssisələrinin fəaliyyətə başlaması və doğma yurda qayıdan ailələrin gələcəyə inamla baxması ilə başlayır. Cəbrayılın bugünkü mənzərəsi məhz belə bir böyük qayıdışın salnaməsidir.
Bu sözləri aia.az-a açıqlamasında Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunur. Bu tarix 2020-ci ildə şəhərin işğaldan azad edilməsini yaddaşımızda yaşatmaqla yanaşı, Cəbrayılın yeni inkişaf mərhələsinin başlanğıcını da simvollaşdırır. Çünki azad edilmiş torpaqda yeni həyat qurmaq Zəfərin davamı, qələbənin real nəticəsidir. Cəbrayıl işğaldan əvvəl də zəngin təbii ehtiyatları, kənd təsərrüfatı və sənaye imkanları olan rayon idi. Ərazidə sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə yanaşı, dəmir filizi və neft yataqlarının olduğu bildirilirdi. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olurdu. Rayonun iqtisadi həyatında 8 sənaye müəssisəsi, 42 kolxoz, mal-qaranın kökəltmə birliyi və quşçuluq fabriki fəaliyyət göstərirdi. İndi isə həmin potensial iqtisadi və şəhərsalma modeli ilə yenidən həyata keçirilir. Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması bunun mühüm göstəricilərindəndir. 2021-ci il 4 oktyabr tarixli Fərmana əsasən yaradılan park 200 hektar ərazini əhatə edir. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma və texniki xidmət məntəqələrinin yaradılması nəzərdə tutulur. Təqdim edilən məlumatlara görə, hazırda parkda 20 rezident və 3 qeyri-rezident sahibkarlıq subyekti qeydiyyatdadır, 130-dan artıq iş yeri yaradılıb. Bu, Cəbrayılın yalnız yaşayış məkanı kimi deyil, həm də regionun iqtisadi həyatında mühüm mövqeyə malik ərazi kimi formalaşdırıldığını göstərir. Şəhərin gələcəyi ilə bağlı planlarda istehsal, logistika, kənd təsərrüfatı, enerji və nəqliyyat imkanlarının bir-birini tamamlaması xüsusi əhəmiyyət daşıyır. Enerji sahəsində görülən işlər də bu mənzərənin mühüm hissəsidir. 2021-ci ildə “Cəbrayıl” yarımstansiyasının istifadəyə verilməsi ilə rayonun hərbi və sosial-iqtisadi infrastrukturu, eləcə də şəhər və kənd-qəsəbələrin elektrik enerjisi ilə təminatı üçün əsas yaradıldı. 2025-ci ildə Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməli qoyuldu. 2026-cı il mayın 9-da Soltanlı kəndində 330 kV-luq “Şəfəq” yarımstansiyası istifadəyə verildi. Bundan başqa, Cəbrayılda 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi həyata keçirilir. Beləliklə, vaxtilə işğal nəticəsində enerji və infrastruktur sistemləri dağıdılan Cəbrayıl bu gün müasir enerji imkanlarının qurulduğu əraziyə çevrilir. Bu dəyişiklik yalnız texniki göstərici deyil. Bu, yeni Cəbrayılın iqtisadi həyatının dayanıqlı əsaslar üzərində qurulduğunun göstəricisidir. Nəqliyyat infrastrukturu da şəhərin gələcəyində xüsusi rol oynayır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən mühüm yol layihələrindən biridir. Bu yol Füzuli, Cəbrayıl və Zəngilan rayonlarından keçir və digər mühüm avtomobil yollarının əlaqələndirilməsində mühüm rol oynayır. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu isə Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazisindən keçərək 20-yə yaxın yaşayış məntəqəsini əhatə edəcək.
Cəbrayılın yeni simasının ən mühüm tərəfi isə, şübhəsiz, insanların qayıdışıdır. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç karvanı 2024-cü il sentyabrın 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu proses artıq statistik rəqəmlərlə ölçüləcək mərhələyə çatıb. 2026-cı il sentyabrın 28-nə qədər Cəbrayıl şəhəri, Horovlu və Şükürbəyli kəndlərində ümumilikdə 1600 ailə, 7022 nəfər məskunlaşıb. Bu rəqəmlərin arxasında minlərlə insan taleyi dayanır. Uzun illər doğma yurda qayıdacağı günü gözləyən ailələr üçün yeni mənzil sadəcə yaşayış sahəsi deyil. O, itirilmiş illərin ardından qazanılan doğmalıqdır. Cəbrayıl yaşayış kompleksinin timsalında bu yeni həyatın miqyası aydın görünür. 7,9 hektar ərazidə salınan kompleks 33 yaşayış binasından və 712 mənzildən ibarətdir. Mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunaraq sakinlərə təqdim edilir. İkinci və üçüncü yaşayış komplekslərinin layihələri də yüzlərlə yeni mənzilin yaradılmasını nəzərdə tutur. Lakin Böyük Qayıdış yalnız şəhərlə məhdudlaşmır. Cəbrayıl rayonunun kəndləri də yeni yaşayış məkanlarına çevrilir. Böyük Mərcanlıda 2040-cı ilədək 6230 nəfərlik yaşayış məkanı, Karxuluda 4428, Sarıcallıda 4740, Maşanlıda isə 2360 sakin üçün yaşayış və sosial infrastruktur nəzərdə tutulur. Məktəblər, uşaq bağçaları, tibb və idman-sağlamlıq mərkəzləri, inzibati binalar, ticarət və sahibkarlıq obyektləri kənd həyatının müasir tələblər əsasında qurulmasına hesablanıb. Horovlu və Şükürbəyli kəndlərində görülən işlər isə artıq layihədən reallığa keçidin göstəricisidir. Horovluda fərdi evlərlə yanaşı məktəb, uşaq bağçası, inzibati bina, bazar kompleksi, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi yaradılıb. Şükürbəyli kəndində isə 360 şagird yerlik məktəb, musiqi məktəbi, iki uşaq bağçası və tibb məntəqəsi inşa edilib. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan isə bütün bu prosesləri daha geniş perspektivə bağlayır. Şəhərin inkişafı dörd mərhələdə nəzərdə tutulur və 2040-cı ilin sonuna qədər burada 15 min sakinin yaşaması proqnozlaşdırılır. Yaşayış məkanlarının müasir memarlıq həlləri əsasında qurulması, sosial obyektlərin və şəhər infrastrukturunun bir sistem daxilində formalaşdırılması qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu mənzərəyə baxanda Cəbrayılın dirçəlişinin miqyası daha aydın görünür. Burada yol çəkilir, enerji infrastrukturu qurulur, sənaye parkı inkişaf edir, yaşayış binaları ucalır, məktəblər və sosial obyektlər tikilir, kəndlər yenidən salınır. Ən əsası isə insanlar geri dönür.
Cəbrayılın bugünkü həyatı bir mühüm həqiqəti göstərir: Böyük Qayıdış yalnız coğrafi qayıdış deyil, həyatın bütün sahələrinin doğma torpağa qayıdışıdır. Bu prosesin arxasında uzunmüddətli dövlət proqramları, şəhər və kəndlərin Baş planları, infrastruktur layihələri və mərhələli quruculuq dayanır. Cənab Prezident İlham Əliyevin Cəbrayıl rayonuna müxtəlif illərdə etdiyi səfərlər zamanı yaşayış, enerji, nəqliyyat, sənaye, səhiyyə və təhsil layihələrinin təməllərinin qoyulması və açılışların həyata keçirilməsi də bu ardıcıl siyasətin konkret ifadəsidir. Bu gün Cəbrayılın simasında keçmişlə gələcək bir nöqtədə qovuşur. Xudafərin körpüsündə dalğalanan bayraq Zəfərin rəmzidirsə, yeni salınan evlərin pəncərələrində yanan işıqlar həmin Zəfərin gündəlik həyata çevrilməsinin göstəricisidir. 4 oktyabr Cəbrayıl şəhəri günü bu baxımdan sadəcə bir tarixi hadisənin ildönümü deyil. Bu gün biz həm də bir şəhərin yenidən doğuluşuna şahidlik edirik-deyə E. Süleymanov fikrini yekunlaşdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-10-2026