Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar
Tarix: 01-10-2026 | Saat: 12:17
Bölmə:Karusel / Gündəm / Özəl | çapa göndər

Milli Məclisin deputatı Novruzəli Aslanov 01 oktyabr 2026-cı il tarixində İsmayıllı rayonunda növbəti dəfə seçicilərlə görüşüb.
aia.az xəbər verir ki, millət vəkili bu dəfə vətəndaşları rayonun Quşencə kəndində qəbul edib. Yaxınlıqda yerləşən Zoğallıq kəndinin sakinləri də görüşdə iştirak ediblər. Qəbulun gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə edilib. Kənd sakinlərini daha çox narahat edən məsələ su təchizatında yaşanan müəyyən problemlərlə bağlı olub.
Novruzəli Aslanov qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alıb, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağını bildirib.
Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən Quşencə və Zoğallıq kənd sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər