Mobil versiya
"Gələcək nəsillərin münaqişədən əziyyət çəkməsini istəmirik" - Prezidentin köməkçisi
Tarix: 02-10-2026 | Saat: 11:15
Bölmə:Manşet / Siyasət | çapa göndər

"Gələcək nəsillərin münaqişədən əziyyət çəkməsini istəmirik" -

Hazırda Azərbaycan və Ermənistan arasında ticarət əlaqələri mövcuddur. Ticarət əlaqələri, biznes münasibətləri, iki ölkə arasında etimadın yaradılması üçün tədbirlər və digər addımlar bir müddət əvvəl təsəvvür belə edilmirdi.

aia.az xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentinin köməkçisi vurğulayıb ki, illərlə davam edən münaqişədən əziyyət çəkən nəsil bölgədə davamlı və dayanıqlı sülhün bərqərar olacağına ümid edir. “Biz Azərbaycan və Ermənistanın gələcək nəsillərinin münaqişədən əziyyət çəkməsini istəmirik. Düşünürəm ki, Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək. Biz Ermənistan xalqının Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik”, - deyə Hikmət Hacıyev qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2026