Mobil versiya
OPEC+ neftlə bağlı qərarını verdi: Noyabrda hasilat kvotaları dəyişməyəcək
Tarix: 05-10-2026 | Saat: 19:19
Bölmə:Özəl | çapa göndər

OPEC+ neftlə bağlı qərarını verdi: Noyabrda hasilat kvotaları dəyişməyəcək


OPEC+ çərçivəsində yeddi ölkə noyabr ayında neft hasilatı üzrə mövcud kvotaları qorumaq qərarına gəlib. Qərar qlobal neft bazarındakı vəziyyət və yaxın dövr üçün gözləntilərin müzakirəsindən sonra qəbul olunub.

Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman nümayəndələrinin iştirakı ilə oktyabrın 4-də keçirilən görüşdə bazardakı tələb və təklif dinamikası nəzərdən keçirilib.

Mövcud plana əsasən, noyabrda Rusiyanın gündəlik hasilat kvotası 9,949 milyon, Səudiyyə Ərəbistanının 10,478 milyon, İraqın 4,431 milyon, Küveytin 2,676 milyon, Qazaxıstanın 1,628 milyon, Əlcəzairin 1,007 milyon, Omanın isə 841 min barel səviyyəsində qalacaq.

Ölkələr OPEC+ çərçivəsində götürdükləri öhdəliklərə əməl etmək niyyətlərini bir daha təsdiqləyiblər. Qlobal neft bazarındakı dəyişikliklərin qiymətləndirilməsi üçün müzakirələrin hər ay davam etdirilməsi nəzərdə tutulur.

OPEC+ ölkələrinin növbəti görüşünün noyabrın 1-də keçirilməsi planlaşdırılır. Həmin toplantıda bazardakı vəziyyət yenidən qiymətləndiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2026