Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - DEPUTAT
Tarix: 05-10-2026 | Saat: 20:42
Bölmə:Siyasət | çapa göndər

Ölkəmizdə son günlərin əsas siyasi hadisəsi Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi oldu. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultayda söylədiyi proqram xarakterli nitq dövlət siyasətinin əsas prioritetlərini, strateji istiqamətlərini və yeni dövrün çağırışlarından irəli gələn vəzifələri aydın şəkildə ortaya qoydu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.
O bildirib ki, Azərbaycanın müasir dövlətçilik tarixində YAP-ın xüsusi yeri var. Xalqımızın Ulu Öndər Heydər Əliyevə olan inamının və etimadının təcəssümü kimi 1992-ci ilin noyabr ayında təsis olunan partiya ilk gündən dövlətin və xalqın milli maraqlarını qorumağı əsas siyasi məramı elan edərək qarşısında duran vəzifələri yerinə yetirib. Partiyanın keçdiyi 34 ilə yaxın tarixi yol göstərir ki, onun siyasi fəaliyyəti gündəlik məsələlərlə məhdudlaşmayıb, Azərbaycanın uzunmüddətli inkişaf perspektivlərini müəyyənləşdirən strateji məqsədlərlə müşayiət olunub. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik fəlsəfəsi əsasında formalaşan bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən yeni çağırışlara uyğun şəkildə davam etdirilib. Bu gün ətrafında 770 min nəfəri birləşdirən YAP Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Gənclərin partiya sıralarına qoşulması siyasi varisliyin və dövlətçilik ənənələrinin yeni nəsillərə ötürülməsi baxımından əhəmiyyətlidir.
“Xalqımızın Ümummilli Lideri, müasir dövlətimizin qurucusu Heydər Əliyevin adı ilə bağlı hər bir siyasi hadisənin Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri var. Bu hadisələr respublikamızın yüksəlişində, müstəqilliyimizin qorunmasında və dövlətçiliyimizin əsaslarının möhkəmləndirilməsində böyük rol oynayıb. Bu baxımdan Prezident İlham Əliyevin YAP-ın təsis qurultayını Azərbaycanın qələbələrinin başlanğıcı kimi dəyərləndirməsi Ulu Öndər Heydər Əliyev siyasətinin və müasir tariximizin qiymətləndirilməsidir. Azərbaycan müstəqillik illərində bütün uğurlarını məhz YAP-ın yaranmasından və Ümummilli Liderin xalqın istək və arzusu ilə siyasi hakimiyyətə gəlişindən sonra qazandı. Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi tarixi uğurlar göstərir ki, Heydər Əliyevin siyasəti yaşayır və layiqincə davam etdirilir. Ən əsası torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması təsdiq edir ki, Azərbaycan bütün hədəflərinə uğurla çata bilən, orta güc statusunu qazanan dövlətdir”, - deyə deputat əlavə edib.
X.Fətiyev xatırladıb ki, Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə həm respublikamıza rəhbərlik etdiyi, həm də Moskvada çalışdığı illərdə Azərbaycanın maraqlarını qətiyyətlə qorumuş, erməni separatizminin baş qaldırmasına imkan verməmişdi. Azərbaycanın faciələri Ümummilli Lider Heydər Əliyevə qarşı edilən haqsızlıqlardan, 1987-ci ilin oktyabrından sonra baş verdi. Bu baxımdan Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında söylədiyi “Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın. Heç vaxt imkan verməzdi ki, separatizm meyilləri Qarabağda yer alsın” fikri özündə çox böyük tarixi həqiqət yükü daşıyır. Ona görə 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin liderliyi ilə YAP-ın yaranması respublikamızın və xalqımızın üzləşdiyi faciələr və siyasi böhranlar fonunda tarixi və sosial zərurət idi.
“Prezident İlham Əliyevin qurultayda vurğuladığı kimi, Azərbaycan xalqı öz nicat yolunu ancaq Ümummilli Lider Heydər Əliyevlə bağlayırdı. Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə Bakıya gəlişi ümumxalq inamının təzahürü oldu. Heydər Əliyev siyasəti itirilməkdə olan müstəqilliyimizi xilas etdi, müasir dövlətçiliyimizin etibarlı və sarsılmaz təməllərini yaratdı. Həmin illər tariximizə sosial və iqtisadi inkişafın əsaslarının yaradıldığı, hüquqi dövlət quruculuğunun həyata keçirildiyi, beynəlxalq mövqelərimizin möhkəmləndirildiyi dövr kimi yazıldı”, - deyə deputat əlavə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-10-2026