Mobil versiya
İspaniyada etirazlar – qarı evindən çıxarıldı, parlamentin qapısı bağlandı
Tarix: 05-10-2026 | Saat: 23:13
Bölmə:Dünya | çapa göndər

İspaniyada etirazlar – qarı evindən çıxarıldı, parlamentin qapısı bağlandı


Son günlərdə ölkə daxilində yüksək kirayə haqlarına qarşı etirazlar başlayıb.

aia.az xarici mediaya istinadla xəbər verir ki, hər şey Madriddə 87 yaşlı bir qadının evdən çıxarılması cəhdindən sonra başlayıb.

İspaniyanın baş naziri Pedro Sançes parlamenti buraxıb və növbədənkənar seçkilər təyin edib. Ötən həftə onun hökuməti mənzil böhranı ilə mübarizə tədbirləri ilə bağlı səsvermədə məğlub olub.

Sağçı partiyalar hökumətin yüksək mənzil qiymətləri ilə mübarizə tədbirlərini bloklayıblar. 2 oktyabrda parlamentdə keçirilən səsvermədə kirayəçiləri qorumağa yönəlmiş iki təcili fərman təsdiqlənib. Sənədlərdə 2030-cu ilə qədər evdən çıxarmalara moratorium, eləcə də qısamüddətli kirayələrə və fərdi otaq kirayələrinə məhdudiyyətlər təklif olunub. Mühafizəkar Xalq Partiyası, ifrat sağçı “Vox” və Kataloniyanın “Junts” partiyası buna qarşı çıxıblar. Xalq Partiyası mövqeyini izah edərək vurğulayıb ki, mənzil problemi məhdudiyyətlər qoymaqla deyil, yeni tikinti ilə həll olunmalıdır.

Parlament səsverməsi 87 yaşlı Marikarmen Abaskalın müdafiəsi üçün ölkə daxilində keçirilən nümayişlərdən sonra keçirilib. Bu qadın mənzilini təxminən 70 il kirayəyə götürüb və 2018-ci ildə onun mənzilinin yerləşdiyi daşınmaz əmlak Urbagestión adlı investisiya şirkəti tərəfindən satın alınıb. Şirkət kirayə haqqını bir neçə dəfə artırıb və, kirayənşinin pensiyasından çox olub. O, köhnə qiyməti (500 avro) ödəməyə davam edib. Şirkət onu mənzilindən üç dəfə çıxarmağa çalışıb, lakin məhkəmə qərarı bloklayıb. Dördüncü cəhddə qadın zorla evindən xərəkdə çıxarılıb, sonra isə xəstəxanaya düşüb. Yaşlı qadının mənzilindən zorla çıxarıldığını göstərən görüntülər böyük ictimai etiraza səbəb olub. Madriddə etirazlar başladıqdan sonra qadına mənzildə yaşamağa icazə verilib.

Ancaq gərginlik səngməyib və yüksək kirayə haqqına qarşı etirazlar digər şəhərlərə də yayılıaraq, son dövrlərin ən böyük etirazına çevrilib. 3 oktyabrda təxminən 50 şəhərdə nümayişlər keçirilib və təşkilatçıların hesablamalarına görə, təxminən 500.000 nəfər iştirak edib. Təkcə Madriddə 70.000 nəfər küçələrə çıxıb.

Etirazçılar Madridin Puerta del Sol meydanında çadır düşərgəsi qurublar. Onlar kirayənşinlər üçün daha güclü müdafiə və evdən çıxarılmaların qadağan edilməsini tələb ediblər.

29 noyabr 2026-cı ildə İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-10-2026