Mobil versiya
Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib -Foto
Tarix: 06-10-2026 | Saat: 13:11
Bölmə:Gündəm / Parlament | çapa göndər

Milli Məclisin sədri  PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Tanzaniya Birləşmiş Respublikasının Aruşa şəhərində Parlamentlərarası İttifaqın 153-cü Assambleyasının açılış mərasimi keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri Sahibə Qafarova mərasimdə iştirak edib.

Tədbirdə Tanzaniyanın Baş naziri Mviqula Nçemba, parlamentin sədri Mussa Zungu, Parlamentlərarası İttifaqın Prezidenti Tulia Akson və təşkilatın Baş katibi Anda Filip çıxış edərək keçiriləcək müzakirələrin aktuallığı barədə fikirlərini bildiriblər. Açılış mərasimində müasir beynəlxalq münasibətlər sistemində milli parlamentlər arasında əməkdaşlığın əhəmiyyəti, o cümlədən Parlamentlərarası İttifaqın fəaliyyəti haqqında da danışılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-10-2026