Mobil versiya
“Bir qızın həyatını məhv edənin cəzası 15 il həbs olmamalıdır”
Tarix: 06-10-2026 | Saat: 17:19
Bölmə:Şou-biznes | çapa göndər

“Bir qızın həyatını məhv edənin cəzası 15 il həbs olmamalıdır”

Müğənni Səmra Rəhimli Füzuli rayonunda azyaşlı qızına qarşı zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Famil Ramilova 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilməsinə münasibət bildirib.

aia.az musavat.com-a istinadla xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşım edərək verilən cəzanın yetərli olmadığını bildirib.

Səmra Rəhimli bu cür cinayətlərə görə daha ağır cəzaların tətbiq edilməsinin tərəfdarı olduğunu vurğulayıb. O, paylaşımında ölüm hökmünün bərpa edilməli olduğunu da qeyd edib.

“Bir qızın məhv olmuş həyatının qarşılığı cəmi 15 il həbs cəzası ola bilməz. 15 il sonra bu insan normal biri kimi cəmiyyətdə və azad necə ola bilər?! Ölüm hökmü artıq mütləqdir, belə insanlıqdan çıxmışlara...” – deyə müğənni bildirib.

Sənətçi cəmiyyətdə bu kimi hallara qarşı susqunluğun yolverilməz olduğunu da qeyd edib. O, belə hadisələrin ictimailəşdirilməsinin və məsələyə daha ciddi münasibət göstərilməsinin vacibliyini vurğulayıb.

“Belə mövzular olanda susun, yaxşı? Diliniz-ağzınız ancaq qeybətə, kim nə yedi, nə içdi, kim haradadır və sair kimi mövzularda işləsin. Amma belə mövzularda susun. Utanmayın, deyin ki, qız özü günahkardır. Hələ bilmədiyimiz və bəlkə də heç vaxt bilməyəcəyimiz nə qədər murdar işlər baş verir bağlı qapılar arxasında”, – deyə Səmra Rəhimli əlavə edib.

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-10-2026