Zəfərin, Qüdrətin və Dəyişməz İrsin Təcəssümü
Tarix: 06-10-2026 | Saat: 18:21
Bölmə:Siyasət | çapa göndər

Müstəqillik tariximizin hər bir mərhələsi xalqımızın taleyində silinməz izlər qoyub. Lakin bu gün şahidi olduğumuz dövr sıradan bir zaman kəsiyi deyil bu, başıdik, alnıaçıq, öz suverenliyini tam təmin etmiş Zəfər Azərbaycanının reallığıdır.Yeni Azərbaycan Partiyasının VIII Qurultayı məhz bu böyük tarixi zəfərlərin, milli qürurun və parlaq gələcəyə olan sarsılmaz inamın təntənəsinə çevrildi.Dövlətimizin başçısı,YAP-ın Sədri cənab İlham Əliyevin qurultay kürsüsündən bəyan etdiyi fikirlər sadəcə bir siyasi nitq deyil, güclü dövlətçilik formulunun sarsılmaz prinsipləridir.
Hüzur və Əmin-Amanlıq müasir dünyada ən böyük sərvətdir.Bu gün qlobal xəritəyə nəzər salsaq, mürəkkəb geopolitik qarşıdurmaların,müharibələrin və xaosun dünyanı necə cənginə aldığını görərik. Belə bir fırtınalı dövrdə Azərbaycanın təhlükəsizlik və sabitlik adası kimi varlığını sürdürməsi təsadüf deyil, dəmir iradənin və uzaqgörən siyasətin bəhrəsidir. Cənab Prezidentin vurğuladığı kimi:“Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər.”Sülh və hüzur içində yaşamaq hər bir xalq üçün ən böyük nemətdir. Ölkəmizdə hökm sürən sabitlik, xalqın öz liderinə olan sonsuz inamı və sarsılmaz dövlət-xalq birliyi bizi xarici təhdidlərdən qoruyan ən möhkəm qaladır. Gənc bir neftçi, fəal partiya üzvü kimi deyə bilərəm ki, bu gün hər birimiz gələcəyimizə tam arxayın və inamla baxırıq.
Hərbi gücümüzün artırılması əsas hədəflərimizdəndir.44 günlük Vətən müharibəsində və lokal antiterror tədbirlərində yazılan qəhrəmanlıq dastanları Azərbaycan ordusunun gücünü bütün dünyaya sübut etdi. Lakin qazanılan böyük Zəfər bizi bir an belə arxayınlaşdırmır. Dünyada sürətlə dəyişən hərbi-siyasi konyuktura göstərir ki, güclü olmaq hər zaman birincidərəcəli zərurətdir. Ölkə rəhbərinin qətiyyətlə ifadə etdiyi kimi, əsas vəzifələrdən biri hərbi gücümüzün daha da artırılmasıdır. Müasir silahlanma, ordumuzun peşəkarlığının yüksəldilməsi və hərbi sənayenin inkişafı suverenliyimizin və dinc gələcəyimizin ən etibarlı zəmanətidir.
İrsə sadiqlik zamanın sınağından çıxan çox böyük siyasi xətt.Bütün bu möhtəşəm nailiyyətlərin, modernləşən və güclənən Azərbaycanın təməlində ümummilli lider Heydər Əliyevin müdrik dövlətçilik xətti dayanır. Qurultayda bir daha bəyan olundu ki, Ulu Öndərin siyasi xətti dəyişməz qalır. Müstəqil xarici siyasət, milli maraqların hər şeydən üstün tutulması və güclü iqtisadiyyatın qurulması məhz bu irsin parlaq təzahürüdür. Zaman göstərdi ki, bu yol Azərbaycanı zəfərlərə, azad Xankəndiyə, bərpa olunan Qarabağa və Şərqi Zəngəzura aparan yeganə doğru yoldur.YAP-ın VIII Qurultayı bir daha təsdiq etdi ki, güclü ordusuna, dəyişməz siyasi irsinə və sarsılmaz xalq-lider birliyinə söykənən Azərbaycan gələcəyə daha inamlı və daha qüdrətli addımlarla irəliləyir.
Bizim vəzifəmiz bu böyük dövlətin uğurlarına yalnız sevinməklə kifayətlənməmək, öz əməyimiz, sədaqətimiz və məsuliyyətimizlə Azərbaycanın daha da güclənməsinə töhfə verməkdir.
Mikayıl Səlimov
"KQİ" tresti qazma ustası,YAP Nərimanov rayon təşkilatının üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
06-10-2026