Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur
Tarix: 10-10-2026 | Saat: 20:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışı regionda formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqların strateji mahiyyətini, Azərbaycanın artan beynəlxalq nüfuzunu və regional əməkdaşlığın gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyub.
Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov bildirib.
Deputat qeyd edib ki, dövlətimizin başçısının çıxışında səsləndirilən fikirlər Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin ənənəvi siyasi dialoq çərçivəsini aşaraq, uzunmüddətli strateji tərəfdaşlığa əsaslanan yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Soltan Məmmədov vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü formatında tamhüquqlu iştirakı ölkəmizin regional əməkdaşlıq sistemində artan rolunun və beynəlxalq mövqelərinin möhkəmlənməsinin göstəricisidir. Bu, eyni zamanda, Xəzər hövzəsi ətrafında iqtisadi əlaqələrin genişləndirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının artırılması və Avrasiya məkanında yeni iqtisadi münasibətlərin formalaşdırılması baxımından mühüm perspektivlər açır.
Deputat bildirib ki, Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdikləri təhsil və mədəniyyət layihələri siyasi tərəfdaşlığın humanitar müstəvidə konkret təzahürüdür. Bu layihələr ortaq türk-mədəni irsinin qorunmasına, tarixi yaddaşın yaşadılmasına və gələcək nəsillər arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Soltan Məmmədovun sözlərinə görə, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın iqtisadi nəticələri də konkret göstəricilərdə öz əksini tapır. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, region ölkələrinin kapitalı əsasında yaradılmış 400-dən artıq şirkət Azərbaycanda fəaliyyət göstərir.
Deputat qeyd edib ki, Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə sədrlik etməsi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttin məntiqi davamı olacaq. Bu, ölkəmizin regional geosiyasi proseslərdə təşəbbüskar mövqeyini daha da möhkəmləndirəcək, Avrasiya məkanında qarşılıqlı faydaya, iqtisadi inteqrasiyaya və ortaq maraqlara əsaslanan əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-10-2026