YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüşlər davam edir -Fotolar
Tarix: 14-10-2026 | Saat: 08:44
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlərlə bağlı YAP Şəmkir rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir.
Qaracəmirli kənd, Keçili kənd, Şəmkir Suvarma Sistemləri idarəsi, Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatlarında keçirilən görüşlərdə Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin yeni siyasi mərhələdə qarşıda duran prioritetləri müəyyənləşdirdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, VIII Qurultayda səslənən fikirlər, qarşıya qoyulan məqsəd və hədəflər yeni dövrün çağırışlarına əsaslanır. Bu baxımdan qurultay ölkəmizin iqtisadi, sosial inkişafının daha da sürətləndirilməsi ilə yanaşı partiyanın fəaliyyətinin müasir dövrün tələblərinə əsasən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Çıxış edənlər partiya üzvlərinin ictimai fəallığının artırılması, əhali ilə əlaqələrin genişləndirilməsi və dövlətin daha da inkişaf etməsinə xidmət edə biləcək ideyaların və təşəbbüslərin irəli sürülməsi və reallaşması üçün mühüm addımların atılması, işlərin görülməsinin vacibliyini qeyd ediblər. Həmçinin, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi fikirlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-10-2026
13-10-2026