Mobil versiya
YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir -Fotolar
Tarix: 14-10-2026 | Saat: 09:46
Bölmə:Siyasət | çapa göndər

YAP Oğuz rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam etdirilir

13 oktyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının "Calut kəndi" ərazi partiya təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov “Calut kəndi" ərazi partiya təşkilatının sədri Teymur Abbasov, Bucaq bələdiyyəsinin sədri Rəftar Əhmədli və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan "Calut kəndi" ərazi partiya təşkilatının sədri Teymur Abbasov YAP-ın VIII Qurultayının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu qeyd edib. O, qurultayda səsləndirilən fikirlərin və müəyyənləşdirilən yeni hədəflərin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində, ideoloji işin gücləndirilməsində və partiya üzvlərinin məsuliyyətinin artırılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin əsas istiqamətləri barədə ətraflı danışıb. O bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin ideyalarına və siyasi irsinə sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması naminə fəaliyyətini uğurla davam etdirir. Saleh Məhərrəmov çıxışında Azərbaycanın qazandığı tarixi Zəfərin əhəmiyyətinə, dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsinə toxunub. O, yeni dövrün tələblərinin partiya təşkilatları qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini bildirərək, bu vəzifələrin uğurla həyata keçirilməsi üçün hər bir partiya üzvünün fəallığının, təşəbbüskarlığının və şəxsi məsuliyyətinin vacibliyini diqqətə çatdırıb.

Sədr müavini xüsusi vurğulayıb ki, ərazi partiya təşkilatları dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə çatdırılması, vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsi, gənclərin ictimai-siyasi proseslərə cəlb olunması və milli-mənəvi dəyərlərin təbliği istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər. O qeyd edib ki, partiyanın cəmiyyətdəki mövqeyinin möhkəmlənməsi görülən işlərin səmərəliliyindən, xalqla sıx ünsiyyətdən və qarşıya qoyulan məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsindən asılıdır.

Tədbirdə çıxış edən Bucaq bələdiyyəsinin sədri Rəftar Əhmədli, partiya veteranları Lətif Abbasov, Elxan Qədirov, partiya fəalı Vüsal Həsənov YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərin əhəmiyyətindən bəhs ediblər. Çıxışçılar partiyanın ideoloji prinsiplərinin təbliğinin, dövlətçilik ənənələrinin qorunmasının, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin və ərazi partiya təşkilatlarının fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıblar.

Bildirilib ki, partiya üzvləri cəmiyyətin həyatında fəal iştirak etməli, dövlətin inkişaf strategiyasının mahiyyətini dərindən mənimsəməli və ictimai fəaliyyətləri ilə nümunə göstərməlidirlər. Eyni zamanda, vətəndaşların müraciət və təkliflərinə həssas yanaşılması, ictimai təşəbbüslərin dəstəklənməsi və partiya üzvləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi mühüm vəzifələrdəndir.

Görüş çərçivəsində Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələrin yerli səviyyədə icrası, partiya fəaliyyətinin daha da təkmilləşdirilməsi və ictimai-siyasi fəallığın artırılması məsələləri müzakirə olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-10-2026