Füzuli şəhər günü tarixi zəfərimizin parlaq ifadəsidir
Tarix: 14-10-2026 | Saat: 16:00
Bölmə:Siyasət | çapa göndər

Dövlət başçısının müvafiq Sərəncamı ilə 17 oktyabr tarixinin “Füzuli şəhəri günü” elan edilməsi Azərbaycan xalqının tarixi Zəfərinin, eləcə də Füzulinin azadlığı uğrunda aparılan mübarizənin yaddaşlarda yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Füzuli Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və əlverişli coğrafi mövqeyi ilə seçilən bölgələrindən biridir. Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan bu ərazi əsrlər boyu xalqımızın tarixində özünəməxsus yer tutub. 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələrinin hücumu nəticəsində Füzuli şəhəri və rayonun böyük hissəsi işğal olunub. İşğal illərində bölgənin tarixi abidələrinə, yaşayış məntəqələrinə və təbii sərvətlərinə ciddi ziyan vurulub, minlərlə insan doğma yurdlarından məcburi köçkün düşüb. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan xalqı Füzulinin və işğal altındakı digər torpaqlarımızın azad olunacağına, ərazi bütövlüyümüzün bərpa ediləcəyinə inamını qoruyub saxlayıb.
2020-ci ildə Vətən müharibəsi zamanı Füzuli istiqamətində aparılan əməliyyatlar Azərbaycanın hərb tarixinə mühüm hadisələrdən biri kimi daxil olub. Ermənistanın uzun illər ərzində bu ərazidə yaratdığı müdafiə xətləri və möhkəmləndirilmiş istehkamlar qarşıya ciddi maneələr çıxarırdı. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, peşəkarlığı və hərbi qulluqçularımızın fədakarlığı qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsini təmin etdi. Füzuli istiqamətində düşmənin müdafiə sisteminin yarılması Azərbaycan Ordusuna mühüm strateji üstünlüklər qazandırdı və sonrakı hərbi əməliyyatların gedişinə əhəmiyyətli təsir göstərdi. 17 oktyabr 2020-ci ildə Füzuli şəhərinin, eləcə də Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı və Dədəli kəndlərinin işğaldan azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ oldu. Bu hadisə uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların qayıdışına, şəhərin yenidən qurulmasına və bölgənin gələcək inkişafına yol açdı.
Bu gün Füzuli hərbi əməliyyatlar nəticəsində azad edilmiş ərazi olmaqla yanaşı, bərpa və quruculuq prosesinin də mühüm mərkəzlərindən biridir. Rayonun mina və partlamamış hərbi sursatlarla çirklənməsi burada yenidənqurma işlərinin həyata keçirilməsini çətinləşdirən əsas amillərdəndir. Bununla belə, dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində şəhərdə və rayonun digər ərazilərində genişmiqyaslı bərpa işləri aparılır. Füzuli şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş planın təsdiqlənməsi gələcək quruculuq prosesinin uzunmüddətli planlaşdırma əsasında həyata keçirildiyini göstərir. Şəhərin müasir tələblərə uyğun yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və sosial infrastrukturun inkişafı bölgənin davamlı inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Enerji və nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən layihələr də bu prosesin əsas tərkib hissəsidir. “Füzuli” yarımstansiyasının, Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzinin, eləcə də Köndələnçay su anbarları kompleksinin istifadəyə verilməsi rayonun infrastruktur imkanlarının genişləndirilməsinə xidmət edir. Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları, həmçinin Füzuli Beynəlxalq Hava Limanı bölgənin nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu layihələr Füzulinin Qarabağın digər əraziləri ilə əlaqələrinin gücləndirilməsinə və iqtisadi potensialının reallaşdırılmasına şərait yaradır.
Füzulinin dirçəlişinin ən mühüm göstəricilərindən biri keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. 2023-cü ilin avqustundan etibarən şəhərə köç prosesinin başlanması uzun illər davam edən həsrətin sona çatması baxımından əlamətdar hadisədir. Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ailələrin öz evlərinə qayıtması, yaşayış şəraitinin yaradılması və sosial xidmətlərin təşkili istiqamətində işlər davam etdirilir. İnsanların doğma torpaqlarında məskunlaşması Füzulinin yenidən canlanmasına, sosial həyatın bərpasına və iqtisadi fəallığın artmasına təkan verir. Məqsəd yalnız dağıdılmış şəhər və kəndləri yenidən qurmaq deyil, eyni zamanda insanların rahat yaşaya, işləyə və gələcək planlarını həyata keçirə biləcəkləri müasir yaşayış mühiti formalaşdırmaqdır.
Füzulinin bərpası Azərbaycanla türk dünyası ölkələri arasında dostluq və həmrəyliyin konkret nümunələri ilə də diqqət çəkir. Qardaş Özbəkistanın təşəbbüsü ilə Mirzə Uluqbəy adına orta məktəbin, Qazaxıstanın dəstəyi ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması dövlətlərimiz və xalqlarımız arasındakı qarşılıqlı dəstəyin əyani ifadəsidir. Bu layihələr azad edilmiş ərazilərin yenidən qurulmasına töhfə verməklə yanaşı, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinə də xidmət edir. Füzulidə həyata keçirilən quruculuq işləri Azərbaycanın öz ərazilərində sülhü, təhlükəsizliyi və davamlı inkişafı təmin etmək istiqamətində atdığı addımların mühüm hissəsidir.
17 oktyabr – Füzuli şəhəri günü xalqımızın tarixi yaddaşında xüsusi yer tutan, işğaldan azad olunmanın əhəmiyyətini və doğma torpaqlara qayıdışın dəyərini özündə birləşdirən əlamətdar tarixdir. Bu günün qeyd olunması həm Vətən müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsinin yad edilməsi, həm də Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə çatdırılması baxımından vacibdir. Füzulidə davam edən bərpa və quruculuq işləri, müasir infrastrukturun yaradılması və insanların doğma yurdlarına qayıtması şəhərin gələcəyinə dair yeni perspektivlər formalaşdırır. Beləliklə, Füzuli şəhəri günü yalnız keçmişdə qazanılmış Zəfərin xatırlanması deyil, eyni zamanda şəhərin yenidən qurulmasının, həyatın bərpasının və gələcəyə yönəlmiş inkişafın ifadəsidir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-10-2026
17:30 Tokayev də Bakıya gəldi