Mobil versiya
Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - RƏSMİ AÇIQLAMA
Tarix: 15-10-2026 | Saat: 07:39
Bölmə:Manşet / Media | çapa göndər

Xəstəxanalarda hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır -

“Sosial şəbəkələrdə və mesajlaşma platformalarında Səhiyyə Nazirliyinin adından hazırlandığı iddia edilən, tibb müəssisələrində hicabın istifadəsinə dair məhdudiyyət qoyulduğunu bildirən məktubun görüntüsü yayılır”.

aia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Media və Yayım Şurası və Səhiyyə Nazirliyinin birgə açıqlamasında qeyd edilib.

“Bununla bağlı bildirilir ki, sözügedən məktub saxtadır. Səhiyyə Nazirliyi tərəfindən belə bir sənəd qəbul edilməyib və tibb müəssisələrinə bu məzmunda göstəriş verilməyib. Saxta sənədin həqiqi rəsmi yazışma kimi təqdim olunması ictimaiyyəti çaşdıran dezinformasiyadır.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial media istifadəçilərini məlumatların doğruluğunu rəsmi mənbələr əsasında yoxlamağa, saxta sənədi həqiqi sənəd kimi paylaşmamağa və dezinformasiyanın yayılmasına alət olmamağa çağırır”, - deyə açıqlamada qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-10-2026