İrana hücum planı sızıb, əməliyyat təxirə düşüb - “Onları güllələmək lazımdır”
Tarix: 15-10-2026 | Saat: 08:13
Bölmə:Dünya / Manşet | çapa göndər

ABŞ Prezidenti Donald Tramp İrana qarşı planlaşdırılan hücumun vaxtı barədə məlumatların mediaya sızdırıldığını və bu səbəbdən B-2 bombardmançı təyyarələrinin əməliyyatının təxirə salındığını açıqlayıb.
aia.az-ın “Reuters”ə istinadən məlumatına görə, Tramp bu barədə Arizona ştatında keçirilən seçki mitinqində danışıb.
O bildirib ki, hücum üçün yola çıxmağa hazırlaşan B-2 təyyarələri ilə bağlı məlumat CNN və “The New York Times” kimi media qurumlarına sızdırılıb və İran tərəfi bundan xəbər tutub.
Tramp məlumatı sızdıran şəxslərin ağır cəzalandırılmalı olduğunu deyib.
“Bu insanlar həbsə göndərilməli və ömürlük həbs cəzası almalıdırlar. Mənim fikrimcə, onları güllələmək lazımdır”, - deyə ABŞ Prezidenti bildirib.
Onun sözlərinə görə, bombardmançıların Missuri ştatından hücum günü saat 12:07-də havaya qalxması planlaşdırılıb. Lakin əməliyyat həmin gün ləğv edilib və iki gün sonra həyata keçirilib. Tramp hərbi məlumatların sızdırılmasının ABŞ-nin milli təhlükəsizliyini təhlükəyə atdığını deyib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər