Latın Amerikasına yüzlərlə hərbçi göndərdilər
Tarix: 15-10-2026 | Saat: 08:24
Bölmə:Dünya | çapa göndər

ABŞ ordusu Latın Amerikasında hərbi mövcudluğunu genişləndirmək üçün bölgəyə yüzlərlə hərbçi yerləşdirməyə başlayıb.
aia.az xəbər verir ki, “The New York Times” qəzetinin adları açıqlanmayan hərbi rəsmilərə istinadən yaydığı məlumata görə, 10-cu Dağ Diviziyasının 600 nəfərlik batalyonunun ilk hərbçiləri Panamadakı yeni tropik meşə təlim mərkəzinə göndərilir.
Onların Kolumbiya və Hondurasda yerli qüvvələrlə təlimlər keçəcəyi, həmçinin narkotik qaçaqmalçılığına qarşı əməliyyatlara dəstək verə biləcəyi bildirilir. Bundan əlavə, Mayamidə Qərb yarımkürəsində əməliyyatlar aparacaq yeni komandanlığa əlavə hərbçilərin cəlb edilməsi planlaşdırılır.
Mənbələr bu yerləşdirmənin müvəqqəti xarakter daşıdığını, lakin gələcəkdə ABŞ-nin bölgədəki daimi hərbi mövcudluğunun bir hissəsinə çevrilə biləcəyini qeyd ediblər. Rəsmi açıqlama verilməsə də, insan hüquqları təşkilatları hərbi fəaliyyətin genişlənməsinin mülki əhali üçün risklər yarada biləcəyindən narahatdırlar.
Qeyd edək ki, ötən ay MQ-9 “Reaper” pilotsuz uçuş aparatlarının bir hissəsinin ABŞ-nin Afrika Komandanlığından Cənub Komandanlığının sərəncamına veriləcəyi barədə də məlumat yayılmışdı.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər