Füzulinin dirçəlişi Azərbaycanın böyük quruculuq əzmini nümayiş etdirir
Tarix: 15-10-2026 | Saat: 12:40
Bölmə:Siyasət | çapa göndər

Füzuli şəhərinin azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan Zəfər yolunun ən mühüm səhifələrindən biridir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində işğaldan azad edilən şəhər bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Bu gün Füzuli həm tarixi Zəfərin nəticələrini, həm də Azərbaycanın quruculuq əzmini nümayiş etdirən şəhər kimi gələcəyə doğru inamla addımlayır.
1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində on minlərlə sakin doğma yurdunu tərk etməyə məcbur oldu, yaşayış məntəqələri dağıdıldı, tarixi-mədəni abidələrə ciddi ziyan dəydi. Uzun illər davam edən yurd həsrətinə baxmayaraq, füzulililər doğma torpaqlarına qayıdacaqlarına inamlarını itirmədilər.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Füzulinin azadlığına aparan yolun başlanğıcı oldu. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində rayonun bir sıra kəndləri azad edildi, oktyabrın 17-də isə Füzuli şəhəri düşmən işğalından qurtuldu. Bu tarixi Qələbə uzun illər doğma yurd həsrəti ilə yaşayan sakinlərin qayıdışına, şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanmasına zəmin yaratdı. Füzulinin azadlığı Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm addım olmaqla yanaşı, xalqımızın birliyini, ordumuzun gücünü və milli iradəsini nümayiş etdirdi.
Füzulidə həyata keçirilən layihələr Böyük Qayıdış Proqramının ardıcıl şəkildə reallaşdırıldığını nümayiş etdirir. Yeni yolların çəkilməsi, enerji və su infrastrukturunun qurulması, yaşayış məhəllələrinin salınması, sosial obyektlərin yaradılması şəhərin gələcək inkişafının əsasını təşkil edir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə bölgənin nəqliyyat imkanlarını genişləndirərək Qarabağın ölkənin digər əraziləri və beynəlxalq tərəfdaşlarla əlaqələrini möhkəmləndirir.
Təhsil və mədəniyyət sahəsində görülən işlər də Füzulinin yeni həyatında xüsusi yer tutur. Şəhərdə yaradılan Mirzə Uluqbəy adına orta məktəb və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş Özbəkistan və Qazaxıstanın dəstəyi ilə ərsəyə gəlib. Bu təhsil və mədəniyyət ocaqları ölkələrimiz arasında dostluğun, ortaq mənəvi dəyərlərin və qarşılıqlı həmrəyliyin ifadəsidir. Eyni zamanda, bu layihələr gələcək nəsillərin yetişdirilməsinə, uşaqların bilik və bacarıqlarının inkişafına xidmət edir.
Füzulidə 2023-cü ilin avqustundan başlayan köç prosesi uzun illər davam edən yurd həsrətinə son qoyub. Şəhərin inkişafı üçün iqtisadi imkanların genişləndirilməsi, yeni iş yerlərinin yaradılması və sakinlərin məşğulluğunun təmin edilməsi də mühüm önəm kəsb edir. Müasir infrastrukturun qurulması sahibkarlığın inkişafına, xidmət sahələrinin genişlənməsinə və yerli iqtisadi fəallığın artmasına şərait yaradır. Sakinlərin doğma torpaqlarında əmək fəaliyyəti ilə məşğul olması və dayanıqlı gəlir əldə etməsi Böyük Qayıdışın davamlılığını təmin edən əsas amillərdəndir. Ərazilərin minalardan təmizlənməsi, yaşayış məntəqələrinin bərpasının davam etdirilməsi, sosial xidmətlərin genişləndirilməsi və əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi xüsusi diqqət tələb edir. Bununla yanaşı, şəhərin tarixi irsinin qorunması və milli-mədəni yaddaşının yaşadılması da quruculuq prosesinin mühüm istiqamətlərindəndir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 17-si ölkəmizdə Füzuli şəhəri günü kimi təsis edilib. Bu tarix xalqımız üçün həm qəhrəmanlıq salnaməsinin, həm də azad torpaqlarda başlanan quruculuğun rəmzidir. Füzuli şəhəri günü şəhidlərimizin fədakarlığını, Azərbaycan Ordusunun qəhrəmanlığını və xalqımızın tarixi torpaqlarına bağlılığını ehtiramla xatırlamaq üçün xüsusi məna daşıyır.
Azad Füzuli artıq yalnız tarixi Qələbənin rəmzi deyil, həm də milli birliyin, dövlət quruculuğu əzminin və gələcəyə inamın təntənəsidir. Şəhərdə ucaldılan hər bir bina, salınan küçələr, yaradılan yeni infrastruktur və doğma yurduna qayıdan ailələr Zəfərin real nəticələrini təcəssüm etdirir. Bu gün Füzulidə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin əvvəlki simasının yenidən canlandırılmasına, sakinlərin rahat yaşayışının təmin edilməsinə və bölgənin gələcək inkişafına xidmət edir.
Mahir Süleymanlı
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər