Zəfər salnaməsinin quruculuq səhifəsi
Tarix: 15-10-2026 | Saat: 12:49
Bölmə:Manşet / Gündəm | çapa göndər

17 Oktyabr – Füzuli şəhəri günü xalqımızın yaddaşında Qələbə, azadlıq və doğma torpaqlara qayıdışı özündə birləşdirən əlamətdar tarix kimi xüsusi yer tutur. Vətən müharibəsində şəhərin işğaldan azad edilməsi Zəfər salnaməsinin mühüm səhifələrindən birinə çevrilməklə yanaşı, yeni quruculuq mərhələsinin başlanmasına yol açıb. Füzulidə həyata keçirilən genişmiqyaslı bərpa işləri, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı və müasir yaşayış mühitinin yaradılması şanlı Zəfərin davamı kimi diqqət çəkir.
Füzuli zəngin tarixi, əlverişli coğrafi mövqeyi və qədim mədəni irsi ilə seçilən məkanlardandır. Füzulinin tarixində ən ağır səhifələrdən biri Ermənistanın işğal siyasəti ilə bağlıdır. Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal nəticəsində yüzlərlə rayon sakini şəhid olub, müharibə əlilləri, əsir və itkin düşənlər olub, yaşayış məntəqələri dağıdılıb. Buna baxmayaraq, Azərbaycan Ordusu 1994-cü il yanvarın 5-də həyata keçirdiyi uğurlu əməliyyatla rayonun 22 yaşayış məntəqəsini işğaldan azad edib.
2020-ci il Vətən müharibəsi Füzulinin tarixində yeni mərhələnin başlanğıcı oldu. Füzuli istiqamətində düşmənin 30 il ərzində qurduğu çoxsaylı və möhkəmləndirilmiş müdafiə xətləri Azərbaycan Ordusunun qarşısında ciddi maneə yaradırdı. Lakin yüksək döyüş hazırlığı, peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirən ordumuz düşmənin müdafiəsini yararaq irəlilədi. 17 oktyabr 2020-ci ildə Füzuli şəhəri və bir sıra kəndlər işğaldan azad edildi. Vətən müharibəsi zamanı ümumilikdə rayonun 62 yaşayış məntəqəsi düşmən işğalından qurtarıldı.
Füzulinin azadlığı uğrunda döyüşlərdə göstərilən qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 25 325 hərbi qulluqçu bu medalla təltif olunub. Füzuli uğrunda döyüşlər Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini və peşəkarlığını nümayiş etdirən mühüm hərbi əməliyyatlardan biri kimi tarixə düşüb.
Füzulinin azad edilməsindən sonra şəhərin və rayonun yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlanılıb. İşğal dövründə rayon ərazisinin geniş şəkildə minalanması bərpa prosesinin qarşısında ciddi təhlükə yaradıb. Buna baxmayaraq, Füzulidə yeni infrastruktur formalaşdırılır, 2023-cü il martın 18-də Füzuli şəhərinin inkişafına dair baş plan təsdiqlənib. “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, Köndələnçay su anbarları kompleksi istifadəyə verilib.
Füzulinin nəqliyyat imkanlarının genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının istifadəyə verilməsi şəhərin regiondakı nəqliyyat əlaqələrini gücləndirib. Füzuli Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması isə şəhərin ölkənin digər bölgələri və xarici dövlətlərlə əlaqələrinin genişlənməsinə yeni imkanlar yaradıb.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən edilib. Bu əlamətdar tarix Füzulinin işğaldan azad edilməsini yaşatmaqla yanaşı, şəhərin Zəfərdən sonra keçdiyi böyük dəyişiklikləri də özündə əks etdirir. Bu gün Füzulidə şanlı Qələbənin, quruculuğun və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının təcəssümü kimi yeni tarix yazılır.
Füzulinin bərpasının əsas istiqamətlərindən biri doğma yurda qayıdışın təmin edilməsidir. 2023-cü il avqustun 18-dən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə köçürülməsinə başlanılıb. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailə, 3153 nəfər köçürülüb. Bununla şəhərin yeni sakinləri doğma torpaqlarında müasir yaşayış şəraitinə qovuşur, Füzulidə həyat yenidən canlanır.
Füzulinin dirçəlişində qardaş ölkələrin dəstəyi xüsusi yer tutur. Özbəkistanın təşəbbüsü ilə şəhərdə Mirzə Uluqbəy adına orta məktəb, Qazaxıstanın dəstəyi ilə isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib. Bu layihələr Azərbaycanın dost və qardaş ölkələrlə münasibətlərinin, eləcə də Qarabağın bərpasına göstərilən həmrəyliyin real ifadəsidir.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-10-2026