AQEM Sammiti: Azərbaycanın beynəlxalq mövqeyi və yeni əməkdaşlıq imkanları
Tarix: 15-10-2026 | Saat: 15:41
Bölmə:Manşet / Siyasət | çapa göndər

Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin – AQEM-in 7-ci Sammitinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun və ölkəmizə göstərilən yüksək etimadın mühüm göstəricisidir. Xüsusilə dünyada geosiyasi qarşıdurmaların, münaqişələrin və təhlükəsizlik çağırışlarının artdığı bir dövrdə belə mötəbər platformanın Azərbaycanda keçirilməsi ölkəmizin dialoq, qarşılıqlı etimad və əməkdaşlıq gündəliyinə verdiyi töhfənin əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır.” Ölkə Başçısının bu sözləri Azərbaycanın son illərdə həyata keçirdiyi fəal və çoxvektorlu xarici siyasətin mahiyyətini dəqiq ifadə edir. Ölkəmiz özünün əlverişli geostrateji mövqeyini yalnız coğrafi üstünlük kimi deyil, müxtəlif regionları və dövlətləri bir araya gətirən siyasi, iqtisadi və nəqliyyat imkanına çevirir.
Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycanın ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində müxtəlif dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığının genişlənməsi regionda təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə də xidmət edir. Müasir dövrdə təhlükəsizliyin yalnız hərbi məsələlərlə məhdudlaşmadığını nəzərə alsaq, dövlətlər arasında iqtisadi qarşılıqlı asılılığın, nəqliyyat bağlantılarının, enerji əməkdaşlığının və humanitar münasibətlərin inkişafı da qarşılıqlı etimadın mühüm dayaqlarına çevrilir.
Azərbaycanın AQEM-ə sədrliyi dövründə həyata keçirdiyi fəaliyyətin miqyasını vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir.” Bu yanaşma Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən birini – ölkəmizin beynəlxalq platformalarda yalnız iştirakçı deyil, təşəbbüskar və nəticəyönümlü tərəfdaş kimi çıxış etməsini nümayiş etdirir. AQEM-ə sədrliyi dövründə müxtəlif istiqamətlərdə əməkdaşlığın təşviqinə diqqət yetirilməsi göstərir ki, Azərbaycanın diplomatik gündəliyi yalnız siyasi məsələlərlə məhdudlaşmır. Bakı təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, rəqəmsal transformasiya, ekologiya, turizm, təhsil və elm kimi sahələri qarşılıqlı etimadın və davamlı əməkdaşlığın mühüm elementləri kimi nəzərdən keçirir.
Xüsusilə nəqliyyat və bağlantılar məsələsi Azərbaycanın geostrateji mövqeyi ilə birbaşa əlaqəlidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz bu imkanları həm iqtisadi inkişaf, həm də regional əməkdaşlığın möhkəmləndirilməsi üçün effektiv diplomatik alətə çevirir. Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsi, yeni investisiya imkanlarının yaradılması, enerji və yaşıl enerji sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi də AQEM platformasının Azərbaycan üçün yaratdığı mühüm imkanlar sırasındadır.
Əminliklə deyə bilərik ki, Bakı şəhərində keçirilən AQEM-in 7-ci Sammiti beynəlxalq münasibətlərdə, o cümlədən Asiyada dövlətlərarası ziddiyyətlərin kəskinləşdiyi, münaqişələrin alovlandığı və yeni münaqişə ocaqlarının yarandığı mürəkkəb mühitdə üzv dövlətlər arasında dialoq və etimad quruculuğu məsələlərinin müzakirəsi üçün mühüm fürsətdir. Belə bir şəraitdə sammitin yüksək səviyyəli iştirakla keçirilməsi Azərbaycanın təşkilata sədrliyi dövründə beynəlxalq birliyi ortaq problemlərin birgə həlli üçün səfərbər etmək istiqamətində səylərinə verilən yüksək qiymətin göstəricisidir. Beynəlxalq müstəvidə artan gərginliyə baxmayaraq, Azərbaycanın qarşıdurma deyil, dialoq, etimadsızlıq deyil, qarşılıqlı etimad, təcrid deyil, əməkdaşlıq xəttini təşviq etməsi ölkəmizin xarici siyasətinin əsas xüsusiyyətlərindən biridir. AQEM çərçivəsində həyata keçirilən fəaliyyət də bu siyasətin məntiqi davamıdır. Azərbaycan müxtəlif dövlətləri ortaq maraqlar ətrafında bir araya gətirməklə həm regional, həm də beynəlxalq səviyyədə əməkdaşlıq üçün yeni imkanlar formalaşdırır. Bu baxımdan AQEM Sammitinin Bakıda keçirilməsi yalnız Azərbaycanın təşkilata sədrliyinin yekunu kimi qiymətləndirilməməlidir. Bu tədbir eyni zamanda ölkəmizin beynəlxalq sülh və təhlükəsizlik, davamlı inkişaf və tərəqqi naminə əməkdaşlığı təşviq edən fəal xarici siyasətinin növbəti uğuru kimi dəyərləndirilməlidir.
Azərbaycanın AQEM çərçivəsində fəaliyyəti bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və praqmatik xarici siyasət ölkəmizin geostrateji mövqeyini mühüm siyasi və iqtisadi üstünlüyə çevirir. Azərbaycan bu gün Avrasiya məkanında yalnız mühüm nəqliyyat və enerji qovşağı deyil, həm də siyasi dialoq, qarşılıqlı etimad və regional əməkdaşlıq üçün etibarlı platforma yaradan fəal beynəlxalq aktor kimi mövqeyini getdikcə daha da möhkəmləndirir. Millət vəkili Tamam Cəfərova belə deyib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-10-2026