Çıxış rəsmi Bakının dünyəvi proseslərə sülh missiyalı münasibətinin göstəricisi kimi tarixləşdi - DEPUTAT
Tarix: 15-10-2026 | Saat: 21:58
Bölmə:Manşet / Siyasət | çapa göndər

Bütün beynəlxalq təşkilatların başlıca missiyası dünyəvi proseslərin nizamlanmasında iştirak etmək, bu proseslərin davamlığını təmin etmək və s. kimi müəyyənləşdirilir. Ötən əsrin sonlarında, dünya proseslərinə son dərəcədə ciddi təsirə malik olan SSRİ dağıldıqdan sonra yaradılan beynəlxalq təşkilatlar bu missiyanı daha geniş formatda həyata keçirir.
Azərbaycan ərazi baxımından həm Avropa dövlətidir, həm də Asiya. Bu baxımdan Azərbaycan hər iki qitənin siyasi, iqtisadi və digər müvafiq məsələlərində hüquqi baxımdan iştirakçı olur. Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşü (AQEM) də bu tezisin gerçəkliyinin təsdiqi kimi tarixləşdi.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığının regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirdiyini, dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanın dünya miqyasında ikili standartlarla üzləşdiyini, Ermənistanın apardığı işğalçılıq müharibəsində BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmədiyini, ATƏT-in Minsk qrupunun fəaliyyətsiz fəaliyyətini, ... xatırladaraq dedi: “Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı”.
Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamentinin və Avropa Şurasının davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə aldığını, bununla da təcavüzkar Ermənistanı həvəsləndirdiyini də bildirən dövlət başçımız İkinci Qarabağ müharibəsinin necə başladığına, necə sona çatdığına da aydınlıq gətirdi, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu bildirdi. Bu xatırlatmalar Azərbaycan gerçəkliklərinin bir tədbir miqyasında düşüncələrdə yaradacağı siyasi rezonansın dünyəvi proseslərin sülhlə tənzimlənməli olduğunun xatırladılması kimi yaşanıldı. Dünyada müharibəyə yönələn, yönəldilən siyasət vaxtında qınanarsa, bu qınaq dövlətlərarası münasibətlərdə ciddi təsirə malik olarsa, bütün münaqişələrin, münaqişə səviyyəsini aşan silahlı qarşıdurmaların qarşısı da vaxtında alına bilər. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi ki, “Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı. Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.
Azərbaycanın AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırdığını, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə inkişaf etdirdiyini də diqqətə çatdıran dövlət başçımız bildirdi ki, “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.
Dövlət başçımız çıxışında mühüm bir fikir də səsləndirdi. Bu fikir, əslində, dünyada sülhün, əmin-amanlığın qorunmasında son dərəcədə gərəkli olan bir məqamın dövlətlərin siyasi baxışlarının işığına çevirilməsinin zəruriliyinin unudulmamasının tövsiyəsi idi: “BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq”.
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü, görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı rəsmi Bakının dünyəvi proseslərə humanist və sülh missiyalı münasibətinin göstəricisi kimi tarixləşdi...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-10-2026