Mətbuat Şurasının IX qurultayı keçirilir
Tarix: 16-10-2026 | Saat: 09:00
Bölmə:Manşet / Media | çapa göndər

Bakıda Azərbaycan Mətbuat Şurasının IX qurultayı öz işinə başlayıb. Qurultay Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilir.
aia.az xəbər verir ki, toplantıda iştirak edəcək nümayəndələrin ümumi sayı 225 nəfər olaraq təsdiqlənib.
Qurultayın gündəliyinə Mətbuat Şurası İdarə Heyəti sədrinin fəaliyyəti ilə bağlı hesabatın, eləcə də Nəzarət-Təftiş Komissiyasının məruzəsinin dinlənilməsi daxildir. Hesabatlar ətrafında fikir mübadiləsi aparıldıqdan sonra Şuranın yeni İdarə Heyətinin formalaşdırılması üçün seçkilər keçiriləcək.
Seçkilər çərçivəsində Təşkilat Komitəsi tərəfindən yekun bülletenə ən çox səs toplamış 46 namizədin adı daxil edilib. Onlardan 28-i jurnalist, 18-i isə ictimaiyyət nümayəndəsidir.
Səsvermənin nəticələrinə əsasən, jurnalist namizədlər arasından 14 nəfərin, ictimaiyyət nümayəndələri arasından isə 9 nəfərin İdarə Heyətinə seçilməsi nəzərdə tutulur. Beləliklə, qurultay çərçivəsində Şuranın növbəti fəaliyyət dövründə təmsil olunacaq heyətin tərkibi müəyyənləşəcək.
Qeyd edək ki, hazırda Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinə Rəşad Məcid sədrlik edir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər