Coğrafi adlarımız milli kimliyimizin bir hissəsidir - Deputat
Tarix: 16-10-2026 | Saat: 11:36
Bölmə:Parlament / Karusel | çapa göndər

“Coğrafi adlar yalnız yaşayış məntəqələrini fərqləndirən adlar deyil, onlar xalqın tarixini, yaddaşını, mənəvi dünyasını və milli mənsubiyyətini özündə yaşadan mühüm dəyərlərdir”.
aia.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputatın sözlərinə görə, tarixi adların qorunması və bərpası milli yaddaşın yaşadılması, tarixi-mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Siyavuş Novruzov vurğulayıb ki, milli irsin qorunması, tarixi toponimlərin bərpası və coğrafi adların xalqın milli kimliyinə, tarixi köklərinə uyğunlaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
O bildirib ki, təqdim olunan qanun layihəsi yalnız texniki-hüquqi məsələ deyil, həm də xalqın milli-mənəvi dəyərlərinə, tarixi yaddaşına və dövlətçilik ənənələrinə ehtiramın ifadəsidir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-10-2026