Azərbaycan-Kamboca münasibətlərində yeni imkanlar və gələcək hədəflər
Tarix: 16-10-2026 | Saat: 11:50
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanla Kamboca arasında əlaqələrin gündəliyinə daxil olan məsələlər bir daha təsdiqləyir ki, dövlətlərarası əməkdaşlığın əhəmiyyəti yalnız iqtisadi nəticələr və ticarət göstəriciləri ilə məhdudlaşmır. İnsanların həyat və sağlamlığının qorunması, münaqişələrin yaratdığı ağır fəsadların aradan qaldırılması, eləcə də beynəlxalq hüququn əsas prinsiplərinə əməl edilməsi davamlı inkişafın vacib şərtləri sırasındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetlə görüşündən sonra mətbuata verdiyi bəyanatda mina təhlükəsi, sülhün təmin olunması və ərazi bütövlüyü məsələlərinə xüsusi diqqət yetirməsi bu mövzuların aktuallığını bir daha ön plana çıxarır.
Azərbaycan və Kamboca müxtəlif tarixi şəraitlərdə mina probleminin yaratdığı təhlükələrlə qarşılaşmış ölkələrdir. Bu problemin uzun illər ərzində öz aktuallığını qoruyub saxlaması onun təkcə hərbi xarakter daşımadığını, eyni zamanda ciddi humanitar problem olduğunu göstərir. Minalar insanların həyatını təhlükəyə atır, mülki əhalinin təhlükəsizliyini təhdid edir, torpaqların yenidən təsərrüfat məqsədləri üçün istifadəsinə mane olur. Buna görə də mina təhlükəsinin aradan qaldırılması həm dövlətlərin milli təhlükəsizlik siyasətində, həm də beynəlxalq humanitar əməkdaşlıq çərçivəsində prioritet istiqamətlərdən biri olmalıdır.
Prezident İlham Əliyevin bəyanatında diqqətə çatdırılan digər mühüm məqam sülh və təhlükəsizliyin beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında təmin edilməsinin zəruriliyidir. Azərbaycan uzun illər ərzində ərazilərinin işğalı problemi ilə üzləşib, münaqişənin həlli istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara və mövcud hüquqi mexanizmlərə əsaslanıb. Otuz il davam edən işğaldan sonra ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə nail olub. Bu gün Azərbaycanın bütün ərazilərində dövlət hakimiyyətinin və nəzarətinin təmin edilməsi ölkəmizin müasir tarixində mühüm nailiyyətlərdən biridir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycanın suveren hüquqlarının bərpası ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanmasına da şərait yaradıb. Hazırda həmin bölgələrdə yol və kommunikasiya infrastrukturu yenidən qurulur, yaşayış məntəqələri bərpa edilir, iqtisadi fəaliyyətin genişləndirilməsi üçün yeni imkanlar formalaşdırılır. “Böyük Qayıdış” Proqramının əsas məqsədlərindən biri uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların təhlükəsiz şəraitdə geri dönməsini və layiqli yaşayış imkanları ilə təmin olunmasını həyata keçirməkdir. Bununla belə, ərazilərdə mövcud olan mina təhlükəsi bu prosesin sürətinə və miqyasına təsir göstərən əsas problemlərdən biri olaraq qalır. Azərbaycanın bu məsələdə mövqeyi ondan ibarətdir ki, davamlı sülh yalnız hərbi qarşıdurmanın sona çatması demək deyil. Həqiqi və uzunmüddətli sabitlik dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri əsasında formalaşmalıdır. Beynəlxalq hüququn tələblərinə ardıcıl şəkildə əməl edilməsi gələcək münaqişələrin qarşısının alınması, ölkələr arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və təhlükəsiz inkişaf mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Humanitar əməkdaşlığın digər əhəmiyyətli istiqamətlərindən biri dövlət xidmətlərinin təşkili sahəsində Azərbaycanın əldə etdiyi təcrübənin digər ölkələrlə bölüşdürülməsidir. Prezident İlham Əliyev bəyanatında “ASAN xidmət” modelinin Kambocada da maraq doğurduğunu xüsusi qeyd edib. Bu sistem dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərin daha çevik və şəffaf qurulmasına, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yönəlmiş uğurlu idarəetmə yanaşmalarından biridir. Modelin müxtəlif ölkələrdə maraqla qarşılanması Azərbaycanın dövlət idarəçiliyi sahəsində qazandığı təcrübənin beynəlxalq səviyyədə də tətbiq imkanlarına malik olduğunu nümayiş etdirir. “ASAN xidmət” sisteminin başlıca məqsədi vətəndaşların dövlət qurumlarına müraciətini asanlaşdırmaq, xidmətlərdən istifadə imkanlarını genişləndirmək və inzibati prosedurların həyata keçirilməsinə sərf olunan vaxtı minimuma endirməkdir. Bu təcrübənin öyrənilməsi Kambocada dövlət xidmətlərinin daha müasir tələblərə uyğunlaşdırılması və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi baxımından faydalı ola bilər. Bununla yanaşı, beynəlxalq təcrübə mübadiləsi mövcud modelin olduğu kimi tətbiq edilməsindən ibarət olmamalıdır. Səmərəli nəticələrin əldə olunması üçün hər bir dövlətin qanunvericilik sistemi, idarəçilik xüsusiyyətləri və vətəndaşların ehtiyacları nəzərə alınmalı, uyğun həll yolları müəyyənləşdirilməlidir.
Oktyabrın 12-də Azərbaycanla Kamboca arasında sənədlərin mübadiləsinin həyata keçirilməsi də ikitərəfli əməkdaşlığın hüquqi və institusional bazasının genişləndirilməsi baxımından əhəmiyyətli hadisədir. İqtisadi-ticarət əlaqələrinin inkişafına xidmət edən sənədlər və ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan razılaşma biznes münasibətlərinin asanlaşdırılması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilə bilər. Bu sənədlərin real nəticələri onların sahibkarlıq fəaliyyətinə, investisiya mühitinə və iki ölkə arasında ticarət dövriyyəsinin artmasına göstərəcəyi təsirlə müəyyən olunacaq. Turizm və təhsil sahələrinin iqtisadi əməkdaşlıqla yanaşı müzakirə edilməsi də qarşılıqlı münasibətlərin daha geniş istiqamətləri əhatə etdiyini göstərir. Bu sahələr xalqlar arasında təmasların artmasına, qarşılıqlı mədəni tanışlığın güclənməsinə və yeni xidmət istiqamətlərinin inkişafına şərait yaradır. Nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi isə iki ölkə arasındakı coğrafi məsafənin yaratdığı çətinliklərin azaldılmasına, əlaqələrin daha operativ qurulmasına və qarşılıqlı fəaliyyət imkanlarının artırılmasına töhfə verə bilər. Beləliklə, Azərbaycanla Kamboca arasında əməkdaşlığın müxtəlif sahələri əhatə etməsi münasibətlərin yalnız mövcud imkanlarla məhdudlaşmadığını, gələcəkdə yeni tərəfdaşlıq istiqamətlərinin formalaşdırılması üçün də zəmin yaratdığını göstərir.
Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-10-2026