Xaricdə təhsil alanların DİQQƏTİNƏ!
Tarix: 16-10-2026 | Saat: 11:59
Bölmə:Təhsil / Karusel | çapa göndər

"Hazırda xaricdə təhsil dövlət proqramı ilə təhsil almış şəxslər dövlət qulluğuna qəbul olunarkən onlar imtahandan kənar qəbul olunurlar".
aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Dövlət Qulluğu Məcəlləsinin layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli deyib.
"Bunun da səbəbləri məlumdur. Yəni, zamanında dövlətimiz hesab edirəm düzgün olaraq belə bir siyasət yürüdüb, təşviq edib ki, xaricdə təhsil almış şəxslər vətənə qayıtsınlar, burada çalışsınlar və bu proses gedir, öz müsbət nəticələrini verir. Eyni zamanda Azərbaycanda da artıq çox dünya səviyyəli təhsil ocaqları fəaliyyət göstərir. Azərbaycanda təhsil almış şəxslərdə təbii olaraq belə bir sual yaranırdı ki, nə üçün onlar üstünlüyə malikdir. Qeyd etmək istəyirəm ki, o məsələnin bir hissəsi bu Məcəllədə həllini tapır. Baxmayaraq ki, qəbul olunacaqlar, amma əvvəlki dövrdən, yəni, əvvəlki qanunvericilikdən fərqli olaraq bundan sonra xaricdə təhsil almış şəxslər də artıq dövlət qulluğunda irəliləməkdən ötrü müsahibələrdən keçəcəklər. Onun bir hissəsi indi Məcəllədə həllini tapır. Əminəm ki, gələcəkdə elə bir şərait yaranacaq ki, yəqin artıq bu normaya da ehtiyac olmayacaq", - deyə komitə sədri bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-10-2026