Mobil versiya
"Süni intellektlə sistemlərin zəif nöqtələrini müəyyən edə bilərlər" - Aİ-nin təmsilçisi
Tarix: 20-10-2026 | Saat: 11:15
Bölmə:Gündəm | çapa göndər

"Süni intellektlə sistemlərin zəif nöqtələrini müəyyən edə bilərlər" -

Süni intellekt kibertəhlükəsizlik mənzərəsini sürətlə dəyişdirir. O, proqram təminatındakı zəifliklərin aşkar edilməsinə, şübhəli şəbəkə fəaliyyətinin müəyyənləşdirilməsinə, kiber hücumların qarşısının alınmasına və kritik infrastrukturun müdafiəsinin gücləndirilməsinə kömək edir.

aia.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq üzrə məsul əməkdaşı Məryəm Hacı-İsmayılova Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Estoniyanın Elektron İdarəetmə Akademiyasının birgə təşkilatçılığı ilə “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən "Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik - İmkanlar və kiberrisklərin idarə edilməsi" mövzusunda dövlət qurumlarının informasiya texnologiyaları rəhbərlərinin VIII Zirvə Toplantısında "Dəyişən dünyada süni intellekt və təhlükəsizlik: Avropa perspektivi" mövzusunda çıxış edərkən deyib.

O qeyd edib ki, bununla yanaşı, bədxah qüvvələr süni intellektdən hücumları avtomatlaşdırmaq, saxta mesajlar yaratmaq, sistemlərin zəif nöqtələrini müəyyən etmək və kiber əməliyyatları misli görünməmiş sürət və miqyasda həyata keçirmək üçün də istifadə edə bilərlər: "Məsələn, süni intellekt bir xəstəxananın informasiya sistemində qeyri-adi giriş cəhdlərini müəyyən edərək, təhlükəsizlik qrupuna vaxtında xəbərdarlıq edə bilər. Eyni zamanda, cinayətkarlar süni intellektdən istifadə edərək daha inandırıcı fişinq mesajları hazırlaya və əməkdaşları saxta keçidlərə daxil olmağa sövq edə bilərlər. Bu, süni intellektin həm müdafiə vasitəsi, həm də yeni təhlükə mənbəyi ola biləcəyini aydın göstərir. Buna görə də rəqəmsal mühitimizi qorumaq üçün mövcud imkanlarımızı, şəbəkələrimizi, institusional əməkdaşlığımızı və bazamızı səfərbər etməliyik",- deyə M. Hacı-İsmayılova qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-10-2026