"Tariflərin azaldılması iqtisadiyyatın ağardılması baxımından vacibdir" - Deputat
Tarix: 20-10-2026 | Saat: 12:08
Bölmə:Parlament / Karusel | çapa göndər

"Hazırda Azərbaycanda 22 bank, 14 elektron pul təşkilatı və 9 ödəniş təşkilatı fəaliyyət göstərir. 2026-ci ildə 2 ödəniş təşkilatı üçün, 2025-ci ildə isə 2 elektron pul təşkilatı üçün lisenziya verilib. 2020-ci illə müqayisədə POS terminalların sayı 3.2 dəfə artaraq 184.4 minə çatıb. Son 5 ildə isə bu sahədə illik orta artım sürəti 26.3 faiz olub. Ötən 10 il ərzində dövriyyədə olan bank kartlarının sayı hər il orta hesabla 14.8%, yaxud ümumilkdə 3.8 dəfə artaraq 2026-cı ilin may ayının sonunda 22.8 milyona çatıb".
aia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Elektron ticarət haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, elektron əməliyyatlar ilə bağlı bir sıra çağrışlar var: "Ölkə üzrə cəmi POS terminalların 62.1 faizi Bakı şəhərinin payına düşür. Hazırda 1 ədəd POS terminala düşən əhali sayı 60 nəfərdir. Hansı ki, Gürcüstan hər POS terminal 29 nəfərə, Türkiyədə isə 47 nəfərə xidmət göstərir. Aktiv vergi ödəyicilərinin əhəmiyyətli hissəsi POS terminal xidmətlərindən istifadə etmir. Hazırda 883 min aktiv vergi ödəyicisinin olmasına baxmayaraq, cəmi 184.4 min POS terminalın istifadə edir. Azərbaycanda POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır. Digər çağrış POS terminallardan istifadə üzrə tariflərin yüksək olmasıdır. Azərbaycanda debet və prepaid kartlara tətbiq edilən interçeync tarifləri də yüksəkdir. "Mastercard" Türkiyədə debet və prepaid kartlara tətbiq edilən interçeync tarifləri 0.65%, Qazaxıstanda 0.9-1.3% arasında dəyişdiyi halda müvafiq göstərici Azərbaycanda 1.14-1.73% arasında dəyişir. Azərbaycanda region ölkələrinə nisbətən daha yuxarı interçeync tarifləri tətbiq edilir. Standart müştəri kartı üzrə tətbiq edilənn tariflər Azərbaycanda 1.3-1.8 faiz arasında dəyişdiyi halda Türkiyədə müvafiq göstərici standart olmaqla 1.32 faiz (standart), Gürcüstanda 1-1.75%, Qazaxıstanda isə 0.9-1.1 faiz arasında dəyişir.
POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün izafi xərc yaratmaqla yanaşı, istehlakçı qiymətlərinə də təsir göstərir. Eyni zamanda, əksər hallarda həmin xərclər iri satış obyektləri tərəfindən mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə transfer edilir. Nəticədə, yüksək komissiya haqları mikro və kiçik sahibkarlığın inkişafı baxımdan da arzuolunan deyil. Eyni zamanda, yüksək xərc bəzi xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağı azaldır. POS terminallardan istifadə ilə bağlı tariflərin azaldılması iqtisadiyyatın ağardılması baxımından da vacibdir. Hazırda mikro sahibkalar üçün 2 faizlik sadələşdirilmiş dövriyyə üzrə vergi güzəştləri tətbiq olunur. Amma POS terminalardan istifadə üzrə ümumi tariflər hətta vergi dərəcəsindən də çoxdur. Bu o deməkdir ki, bir sıra hallarda nağdsız ödənişlərə üstünlük verən və şəffaf işləmək istəyən mikro sahibkar vergidən daha çox POS terminaldan istifadəyə görə banklara haqq ödəməlidir. Bu isə mikro sahibkarların nağdsız hesablaşmalara marağını azaldır. POS terminal tarifləri iqtisadiyyatın ağardılması üçün maneə olmamalıdır. Bu baxımdan Mərkəzi Bank tərəfindən POS terminal tariflərinə yenidən baxılıb aşağı salınması məqsədəuyğundur. Yüksək tariflər mikro sahibkarların nağdsız hesablaşmalardan daha çox istifadəsinə əngəl olur və vergidən yayıma hallarını artırır. Doğrudur, Mərkəzi Bank tərəfindən bu istiqamətdə addımlar atılır. Amma tariflərin optimallaşdırılması ilə daha sistemli tədbirlərə ehtiyac var. Digər tərəfdən, Mərkəzi Bankın stimullaşdırıcı alətlərdən istifadə etməklə plastik kartlardan istifadə ilə bağlı komissiya haqlarının azaldılmasına nail olması arzuolunandır. Bir sıra inkişaf etməkdə olduğu kimi daxili İnterçeync sisteminin genişləndirilməsi də bankların bu yüksək komissiya haqlarını azaldar. Bu isə nağdsız hesablaşmaları təşviq etməklə yanaşı, qiymətlərin də azalmasına səbəb ola bilər".
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-10-2026