Mobil versiya
Trampdan Avropaya - Sərt xəbərdarlıq
Tarix: 21-10-2026 | Saat: 07:24
Bölmə:Manşet / Dünya | çapa göndər

Trampdan Avropaya -

“Tezliklə Avropa deyə bir şey qalmayacaq”.

aia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlükə altına düşə biləcəyini bildirib.

ABŞ Prezidenti Fransada baş verən hadisələrin əsas səbəblərindən birinin miqrasiya olduğunu deyib. Onun sözlərinə görə, Avropa ölkələri miqrasiya siyasətinə yenidən baxmalı və qanunsuz miqrantların deportasiyasını sürətləndirməlidir.

“Avropa yanaşmasını dəyişdirməlidir. Əks halda, Avropadan heç nə qalmayacaq”, – deyə Tramp bildirib.

Avropa ilə münasibətlərinin yaxşı olduğunu söyləyən ABŞ lideri, eyni zamanda, qitədəki vəziyyətin onu narahat etdiyini vurğulayıb. O, Fransadakı hadisələri “tamhüquqlu inqilab” adlandıraraq, proseslərin davam etdiyini dilə gətirib.

Tramp Avropanın ABŞ-nin İranla bağlı siyasətinə dəstək vermədiyini söyləyib və Qrenlandiya məsələsinə toxunub. O, Avropa ölkələrinin mövcud problemləri həll etməli olduğunu bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə