Milli Məclisin iclası başladı
Tarix: 23-10-2026 | Saat: 11:06
Bölmə:Parlament | çapa göndər

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.
aia.az xəbər verir ki, parlamentin bugünkü iclasının gündəliyinə ümumilikdə 12 məsələ daxil edilib.
İclasda Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi, “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiqi, eləcə də müxtəlif qanunlara dəyişiklik edilməsi ilə bağlı qanun layihələri müzakirəyə çıxarılacaq.
Gündəliyə, həmçinin “Dövlət satınalmaları haqqında” Qanuna, Cinayət və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər (üçüncü oxunuş), Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişikliklər (ikinci oxunuş), eləcə də “Texniki tənzimləmə haqqında” Qanuna dəyişikliklər (ikinci oxunuş) daxildir.
Deputatlar “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara, hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericiliyə dəyişiklikləri də müzakirə edəcəklər.
Bundan başqa, iclasın gündəliyində “Aqrar sahə haqqında” qanun layihəsi, Mülki Məcəlləyə və bir sıra qanunlara dəyişikliklər, “Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi də yer alıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-10-2026