Ermənistanın sülh bəyanatları praktiki addımlarla müşayiət olunmalıdır - Deputat
Tarix: 23-10-2026 | Saat: 11:21
Bölmə:Parlament | çapa göndər

“Sülh ciddi məsələdir, hansısa siyasi kampaniyanın mövzusu deyil”.
aia.az xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Məclisin iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, Ermənistan rəhbərliyinin sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatları konkret addımlarla müşayiət olunmalıdır. Onun sözlərinə görə, sülh prosesini daxili siyasi təqvimə uyğunlaşdırmaq və müxtəlif bəhanələrlə uzatmaq cəhdləri nəticə verməyəcək.
Kamal Cəfərov qeyd edib ki, Azərbaycan sülh təşəbbüsünü irəli sürən tərəf olub və ölkənin ərazi bütövlüyü ilə suverenliyi təmin edilib. O, bu prosesdə Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.
Deputat Ermənistan rəhbərliyini geosiyasi maraqlara əsaslanan yanaşmadan əl çəkməyə çağırıb. Bildirib ki, sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində hüquqi addımlar atılmalı, Zəngəzur dəhlizi ilə bağlı məsələlərə də aydınlıq gətirilməlidir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-10-2026