YAP-ın VIII Qurultayındakı vəzifələr müzakirə olunub -Foto
Tarix: 23-10-2026 | Saat: 11:26
Bölmə:Siyasət | çapa göndər

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 85 ünvanı üzrə Ərazi Partiya Təşkilatının partiya üzvləri ilə görüşü keçirilib. Görüş Prezident, YAP-ın sədri İlham Əliyevin Partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərin müzakirəsinə həsr olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ərazi Partiya Təşkilatının sədri Ceyhun Salmanov çıxışında VIII Qurultayın partiyanın fəaliyyətində mühüm mərhələ olduğunu bilidirib. Vurğulayıb ki, qarşıya qoyulan məqsəd və vəzifələr əsas prioritetlərindəndir.
YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev Prezident İlham Əliyevin qurultaydakı nitqinin ölkənin gələcək inkişaf prioritetlərinin və partiyanın qarşısında duran əsas vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi, cəmiyyətdə siyasi həmrəyliyin möhkəmləndirilməsi və partiyanın ictimai nüfuzunun daha da artırılması istiqamətində görülən işlərdən bəhs edib. Həmçinin Ərazi Partiya Təşkilatlarının qarşıya qoyulan vəzifələrin icrasında fəallığının artırılmasının əhəmiyyətini diqqətə çatdırıb.
Digər çıxışçılar da VIII Qurultayda səsləndirilən çağırışların partiya üzvlərinin gündəlik fəaliyyətində əsas götürülməsinin vacibliyini vurğulayıblar. Fikir mübadiləsi zamanı dövlət siyasətinin mahiyyətinin ictimaiyyətə düzgün çatdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, informasiya təhlükəsizliyinin qorunması və partiyanın ideoloji prinsiplərinin fəal şəkildə təbliği məsələləri müzakirə olunub.
Sonda qeyd edilib ki, müəyyənləşdirilmiş hədəflərin reallaşdırılması hər bir partiya üzvündən fəallıq, prinsipiallıq və məsuliyyət tələb edir. Bu baxımdan Ərazi Partiya Təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, üzvlər arasında koordinasiyanın artırılması və qarşıya qoyulan vəzifələrin ardıcıl şəkildə icrası xüsusi əhəmiyyət daşıyır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-10-2026