Mobil versiya
"20 Sentyabr" metrostansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Tarix: 23-10-2026 | Saat: 12:40
Bölmə:Ölkə | çapa göndər

"20 Sentyabr" metrostansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin ortasına qədər tam istismara verilməsi hədəflənir.

Bunu "Report"a açıqlamasında səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib.

Onun sözlərinə görə, stansiyada tikinti işləri bitib: "Hazırda tamamlama işləri icra olunur. Orada xüsusi memarlıq həlli tətbiq olunur. Həmin materialların ölkə xaricindən gətirilməsi, logistika və sair kimi məsələlər var idi. Bütün bu məsələlər tənzimlənib. İşlər qrafik üzrə gedir. Gələn ilin yarısına qədər stansiyanın tam istismara verilməsi hədəfimizdir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-10-2026