Tamam Cəfərova: “Qubadlının işğaldan azad edilməsi Zəfərimizi yaxınlaşdıran mühüm hərbi-siyasi hadisələrdən biri olub”
Tarix: 24-10-2026 | Saat: 20:54
Bölmə:Manşet / Siyasət | çapa göndər

Qubadlı şəhərinin işğaldan azad edilməsindən altı il ötür. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyənləşdirilib. Azərbaycan xalqı bu unudulmaz tarixləri böyük qürur və sevinc hissi ilə qeyd edir. Bu əlamətdar gün münasibətilə xalqımızı, xüsusilə Qubadlı sakinlərini təbrik edirəm.
Ölkəmizin cənub-qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad edilməsi Azərbaycanın tarixi Zəfərini daha da yaxınlaşdıran mühüm hərbi-siyasi hadisələrdən biri olub. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından biri Qubadlının azad edilməsi hesab olunur. Hər bir qarış torpağımızın azadlığı xalqımız tərəfindən böyük qürur və iftixar hissi ilə qarşılanırdı. Bu Qələbənin əldə olunması naminə canını fəda edən qəhrəman oğullarımız isə bu gün də böyük hörmət və ehtiramla yad edilir.
Bunu aia.az-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biridir: “Qubadlı erməni işğalı altında olduğu müddətdə digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində sosial infrastruktur tamamilə dağıdılıb, kommunikasiya xətləri məhv edilib, ermənilər mümkün olan bütün maddi sərvətləri talan edərək ərazidən çıxarıblar. İşğal olunmuş ərazilərimizdə olduğu kimi, Qubadlıda da ekoloji terror həyata keçirilib. Bununla da xalqımıza külli miqdarda maddi və mənəvi ziyan vurulub”.
25 oktyabr tarixinin 44 günlük Vətən müharibəsinin gedişatında mühüm dönüş nöqtələrindən biri olduğunu deyən millət vəkili Tamam Cəfərova vurğulayıb ki, Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün davam edib. Şəhərdə ermənilər tərəfindən güclü istehkamlar qurulmuş, yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşdirilmişdi. Qubanlının azad olunması üçün ilk növbədə strateji yüksəkliklər nəzarətə götürülməli idi. Çünki düşmən həmin yüksəkliklərdən Azərbaycan hərbçilərinin mövqelərini mütəmadi olaraq atəşə tuturdu. Qubadlının azad edilməsi nəticəsində Azərbaycan Ordusu Vətən müharibəsinin gedişində strateji əhəmiyyətli uğur əldə etdi. Sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi işğaldan azad edildi.
“Qubadlının azad olunması ilə rayonun yalnız hərbi deyil, həm də tarixi inkişafının yeni mərhələsinin əsası qoyuldu. Artıq Qubadlıda dağıntıların aradan qaldırılması deyil, gələcəyin qurulması prosesi gedir. Azərbaycan dövlətinin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq siyasəti nəticəsində Qubadlı yeni sima qazanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 9 sentyabr tarixli qərarı ilə “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edilməsi də şəhərin gələcək inkişafının sistemli və uzunmüddətli əsaslar üzərində qurulduğunu göstərir”, – deyə deputat bildirib.
Qubadlının gələcək inkişafının əsas şərtlərindən biri müasir və dayanıqlı infrastrukturun yaradılmasıdır. İşğaldan əvvəl 38 mindən çox əhalisi olan rayonun 2040-cı ilədək 47 mindən çox əhalinin məskunlaşdığı yaşayış məkanına çevrilməsi proqnozlaşdırılır. Bu artım nəzərə alınaraq elektrik enerjisinə tələbatın da 38 MVt-dan çox olacağı gözlənilir. Bu baxımdan 2021-ci il oktyabrın 25-də 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının istifadəyə verilməsi mühüm əhəmiyyət daşıyır. Yarımstansiyanın tikintisi ilə paralel olaraq rayonun Azərbaycanın ümumi enerji sisteminə inteqrasiyasını və dayanıqlı enerji təminatını gücləndirmək məqsədilə Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr uzunluğunda ikidövrəli 110 kV-luq “Qubadlı-1” və “Qubadlı-2” elektrik verilişi xətləri çəkilib. Bu layihə Qubadlıya yalnız elektrik enerjisinin deyil, həm də yüksəkötürücülük qabiliyyətinə malik fiberoptik internet infrastrukturunun gətirilməsini təmin edib.
Qubadlıda Böyük Qayıdışın mühüm dayaqlarından biri də müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır. Prezident İlham Əliyevin tapşırığı ilə tikintisi aparılan Qubadlı–Eyvazlı avtomobil yolu rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. 28,5 kilometr uzunluğunda olan, iki zolaqlı və III texniki dərəcəyə uyğun inşa edilən yol Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu və Eyvazlı kəndlərinin ərazisindən keçir. Bu yol yaşayış məntəqələri arasında əlaqəni yaxşılaşdırmaqla yanaşı, əhalinin rahat gediş-gəlişinə, kənd təsərrüfatı və sahibkarlıq fəaliyyətinin inkişafına, regionun iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan yaradacaq.
Qubadlının regional nəqliyyat imkanlarının genişləndirilməsi baxımından yeni Qubadlı–Laçın avtomobil yolunun tikintisi də xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü il sentyabrın 5-də imzaladığı Sərəncama əsasən, Xudafərin–Qubadlı–Laçın avtomobil yolunun 33-cü kilometrliyindən başlayan yeni Qubadlı–Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb. Bu layihə Qubadlının Laçın və Şərqi Zəngəzurun digər əraziləri ilə nəqliyyat əlaqələrinin gücləndirilməsinə, rayonun vahid regional iqtisadi məkan daxilində inkişafına mühüm töhfə verəcək.
Böyük Qayıdış yalnız insanların doğma torpaqlarına fiziki qayıdışını ifadə etmir. Bu, həm də həmin ərazilərdə təhlükəsiz, müasir və dayanıqlı həyat şəraitinin yaradılması, iqtisadi fəallığın bərpası və yeni sosial mühitin formalaşdırılması deməkdir. Qubadlıda həyata keçirilən enerji, yol, rabitə və digər infrastruktur layihələri bu baxımdan dövlət siyasətinin kompleks xarakter daşıdığını göstərir. Burada məqsəd keçmişi bərpa etməklə kifayətlənmək deyil, gələcəyin Qubadlısını qurmaqdır.
Bu gün Qubadlıda aparılan quruculuq işləri Böyük Qayıdışın konkret nəticələrini nümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə yaradılan yeni infrastruktur, müasir yaşayış məkanları, yollar və kommunikasiyalar insanların öz doğma yurdlarına qayıdışını sürətləndirir, eyni zamanda bu ərazilərin iqtisadi potensialının üzə çıxarılmasına şərait yaradır. Qubadlı da bu böyük prosesin mühüm ünvanlarından biridir. Dövlətin məqsədyönlü siyasəti nəticəsində illər əvvəl doğma yurdlarından didərgin düşmüş qubadlıların öz torpaqlarına qayıtması üçün bütün zəruri şərait yaradılır.
“Artıq Qubadlı azaddır. Döyüş meydanında Müzəffər Ordumuz torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın qisasını aldı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün isə həmin Qələbəni Böyük Qayıdışın və böyük quruculuğun uğurları tamamlayır. Əminəm ki, Qubadlı yaxın illərdə yalnız keçmişi ilə deyil, müasir inkişafı, yüksək yaşayış standartları və iqtisadi imkanları ilə də Azərbaycanın nümunəvi şəhərlərindən birinə çevriləcək. Qubadlıların doğma torpaqlarına qayıdışı bu tarixi Qələbənin ən böyük mənəvi nəticələrindən biri olacaq.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-10-2026
10:55 Qubadlıya gedən Yol