Mobil versiya
Yəməndə SEPAH-a ağır zərbə – İranlı generalın öldürüldüyü bildirilir
Tarix: 27-10-2026 | Saat: 18:14
Bölmə:Özəl | çapa göndər

Yəməndə SEPAH-a ağır zərbə – İranlı generalın öldürüldüyü bildirilir


Yəməndə həyata keçirilən hava zərbələri nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandirlərindən birinin öldürüldüyü iddia olunur.

“Azad Iran”ın yaydığı məlumata görə, SEPAH-ın Qüds Qüvvələrinin Yəməndəki komandanı Əbdürrza Şəhlayi Hudeyda bölgəsinə endirilən hava zərbələri zamanı həlak olub.

Bildirilir ki, hücum nəticəsində Şəhlayi ilə yanaşı, daha dörd SEPAH üzvü də həyatını itirib.

Əbdürrza Şəhlayi İranın Qüds Qüvvələrinin Yəməndəki fəaliyyəti ilə əlaqələndirilən hərbi fiqurlardan biri kimi tanınır.

İran rəsmiləri Şəhlayinin öldürülməsi barədə hələlik rəsmi açıqlama verməyiblər. Məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2026