Azər Kərimli: “Milli həmrəyliyin qorunması baxımından müasir informasiya mühitində ictimai məsuliyyətin, sağlam düşüncənin və cəmiyyətdaxili etimadın rolu önəmlidir”
Tarix: 27-10-2026 | Saat: 13:35
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Müxtəlif mədəniyyətlərin və dini inancların mövcud olduğu cəmiyyətlərdə sabitliyin qorunması yalnız hüquqi mexanizmlərlə deyil, insanlar arasında formalaşan qarşılıqlı etimad və ortaq mənsubiyyət hissi ilə də bağlıdır. Azərbaycan təcrübəsi bu məsələyə fərqli mədəni və dini kimliklərin ümumi vətəndaşlıq dəyərləri ətrafında birləşməsi prizmasından yanaşmağa imkan verir. Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında bu xüsusiyyəti vurğulayaraq bildirib: “Biz həqiqətən çox yüksək səviyyədə həmrəylik, qarşılıqlı anlaşma və hörmət görürük. Biz hamımız özümüzün milli ideyaları – azərbaycançılıq ətrafında birləşirik. Bu, Azərbaycanın bütün xalqlarını bir araya gətirir”. Bu fikrin əhəmiyyəti ondadır ki, milli birlik ayrı-ayrı etnik və dini qrupların özünəməxsusluğunun aradan qalxması deyil, onların ümumi dövlət və cəmiyyət qarşısında ortaq məsuliyyət daşıması kimi təqdim olunur. Azərbaycançılıq ideyası da bu baxımdan müxtəlifliyi vahid vətəndaşlıq məkanı daxilində birləşdirən mənəvi amil kimi çıxış edir. Dövlət başçısının digər fikri bu yanaşmanın hüquqi əsasını açıqlayır: “Çünki bütün etnik qrupların, dinlərin nümayəndələri Konstitusiyamız əsasında nəinki bərabər hüquqlara malikdir, o cümlədən bir ailədəki kimi yaşayır”. Beləliklə, bərabər hüquqlar və qarşılıqlı hörmət cəmiyyətdə həmrəyliyin mühüm dayaqları kimi önə çıxır. Mədəniyyətlərarası dialoq forumunun bu məsələləri beynəlxalq müzakirəyə çıxarması da təsadüfi deyil. Çünki müxtəlifliyin qorunması ilə ictimai birliyin möhkəmləndirilməsi arasında tarazlığın yaradılması bir çox ölkələr üçün aktual vəzifədir. Azərbaycanın bu istiqamətdəki təcrübəsinin təqdim olunması fərqli cəmiyyətlərin öz şəraitlərinə uyğun həll yolları axtarması baxımından müzakirə imkanlarını genişləndirir.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.
Parlament üzvü qeyd edib ki, milli həmrəyliyin əhəmiyyəti yalnız gündəlik ictimai münasibətlərdə deyil, dövlətin qarşılaşdığı mürəkkəb sınaqlar zamanı da özünü göstərir: “Prezident İlham Əliyev Azərbaycanın müstəqillik tarixinin çətin mərhələlərini xatırladaraq bildirib ki, Ermənistanın hərbi təcavüzü və işğalı zamanı, o cümlədən İkinci Qarabağ müharibəsində bütün etnik qrupların və dinlərin nümayəndələri bir “dəmir yumruq” kimi birləşiblər. Dövlət başçısının bu fikri milli birliyin müxtəlif mənsubiyyətlərə baxmayaraq, ortaq məqsəd ətrafında səfərbər olmaq imkanını ifadə edir. Eyni zamanda, sələndirilən fikirlər həmrəyliyin yalnız tarixi sınaqlarla məhdudlaşmadığını, müasir ictimai həyat üçün də əhəmiyyət daşıdığını vurğulayır. Prezident ideoloji risklərin də fiziki təhlükələr qədər ciddi ola biləcəyinə diqqət çəkərək milli mənsubiyyətin, dövlətçiliyin və müstəqilliyin qorunmasının vacibliyini qeyd edib. Bu yanaşma müasir informasiya mühitində ictimai məsuliyyətin, sağlam düşüncənin və cəmiyyətdaxili etimadın rolunu gündəmə gətirir. Bununla yanaşı, həmrəyliyin davamlılığı fərqli fikirlərə hörmətin, hüquq bərabərliyinin və dialoq imkanlarının qorunmasını tələb edir. Bakıda keçirilən VII Forum bu baxımdan milli təcrübə ilə beynəlxalq müzakirələr arasında əlaqə yaradır. Mədəniyyətlərarası dialoq yalnız müxtəliflik haqqında danışmaq deyil, fərqli mənsubiyyətə malik insanların ortaq gələcək naminə əməkdaşlıq edə bilməsi üçün şərait formalaşdırmaqdır. Azərbaycanın təqdim etdiyi təcrübənin müzakirəsi də məhz bu məsələ ətrafında yeni yanaşmaların meydana çıxmasına imkan verir” – deyə, Azər Kərimli fikirlərini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-10-2026