Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib -Fotolar
Tarix: 27-10-2026 | Saat: 15:36
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Oktyabrın 27-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan spiker bildirib ki, gündəliyə on iki məsələ daxil edilib. O, gündəliyin ilk üç məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu diqqətə çatdırıb.
Gündəliyin birinci məsələsi - Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov məlumat verib. O qeyd edib ki, əvvəlki oxunuşlarda layihədə heç bir dəyişiklik aparılmayıb. Sənəddə aviasiya heyətinin iş və istirahət rejimlərinin beynəlxalq standartlara uyğun tənzimlənməsi təklif olunur.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ barədə komitəsinin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Texniki tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O bildirib ki, qanun layihəsi ilə bağlı əvvəlki oxunuşlarda ətraflı məlumat verilib. Sənəddə insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi qaydalarının hüquqi əsaslarının yaradılması nəzərdə tutulur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Üçüncü məsələ - “İcra haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Komitə sədri bildirib ki, dəyişikliklərlə bağlı əvvəlki oxunuşlarda ətraflı fikir mübadiləsi aparılıb və mətn olduğu kimi qalır. Layihədə icra prosesi zamanı tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyən edilir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin layihə ilə bağlı müsbət rəyini komitə üzvü Rövşən Muradov təqdim etdikdən sonra bu qanun layihəsi də səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti beş məsələsi ikinci oxunuşda olan qanun layihələridir və dördüncü məsələ - “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat vermək üçün sözü İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramova təqdim edib.
O bildirib ki, layihə Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) tərəfindən Azərbaycan Respublikasının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin 5-ci raund qiymətləndirilməsi hesabatında FATF-ın 26-cı və 27-ci Tövsiyələri üzrə hazırlanıb. Layihəyə əsasən, Mərkəzi Bankın nəzarəti ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarına da şamil ediləcək.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Növbəti məsələ - “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumatı da İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təqdim edib.
Bildirilib ki, layihə Azərbaycan Respublikasında sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılması məqsədilə hazırlanıb. Layihədə sekyuritizasiya prosesi ilə bağlı mexanizmlər, sekyuritizasiya fəaliyyətinə dair tələblər, risklərin idarə edilməsi və digər məsələlər tənzimlənir.
Deputatlar Bəhruz Məhərrəmov və Samir Vəliyev məsələ barədə fikirlərini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri diqqətə çatdırıb ki, dəyişikliklərdə ədliyyə orqanlarının tibb xidmətində hərbi qulluqçuların hüquqi statusunun müəyyənləşdirilməsi və məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəli ədliyyə işçilərinin xüsusi geyim forması ilə təmin edilməsi təsbit edilir.

Növbəti məsələ - “Ətraf mühitin mühafizəsi haqqında” və “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumatı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov təqdim edib. Komitə sədri qeyd edib ki, layihə birinci oxunuşda ətraflı müzakirə olunub, sənəddə dəyişiklik aparılmayıb. Dəyişikliklər ətraf mühitə təsirlərə davamlı nəzarətin gücləndirilməsinə və ictimaiyyətin məlumatlandırılmasının təmin edilməsinə xidmət edir.
Müzakirədə deputatlar Vüqar Bayramov və Aydın Mirzəzadənin fikirləri dinlənildikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev gündəliyin səkkizinci məsələsi olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsindən (ikinci oxunuş) bəhs edib.
Bildirilib ki, qanun layihəsinin konsepsiyası barədə birinci oxunuşda ətraflı məlumat verilib. Dəyişikliklərin əsas məqsədi küləkli hava şəraitində həm açıq iş yerlərində işin dayandırılmasını, həm də müasir yükqaldırıcı qurğuların texniki imkanları nəzərə alınmaqla istismarını tənzimləməkdir.

Milli Məclisin sədri gündəlikdəki növbəti 4 məsələnin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) mahiyyətini diqqətə çatdırıb.
Qeyd olunub ki, sənəd Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvlərinin və onlarla birlikdə yaşayan ailə üzvlərinin, həmçinin diplomatik missiya və ya müvafiq xüsusi missiya ilə ölkəmizə səfər edən şəxslərin 15 gündən artıq Azərbaycan Respublikasında müvəqqəti olduğu hallarda qeydiyyatının həyata keçirilməsini nəzərdə tutur. Qeydiyyat zamanı həmin şəxslərə ölkəmizdəki statusunu və qeydiyyatını təsdiq edən qeydiyyat vəsiqəsi veriləcək. Qeydiyyat vəsiqələrinin fərdi olaraq doldurulması və verilməsi avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçiriləcək və məlumatlar həmin sistem üzərindən vahid miqrasiya məlumat sisteminə ötürüləcək. Qanun layihəsində habelə rəsmi səfər vizasının verildiyi şəxslərin dairəsi dəqiqləşdirilir, onların ölkədə müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müddəalar arasında uyğunluq təmin edilir.
Müzakirələr zamanı çıxış edən deputatlar Hikmət Məmmədov, Azər Allahverənov, Fariz İsmayılzadə və Rizvan Nəbiyev məsələ barədə öz fikir və qeydlərini açıqlayıblar.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Bildirilib ki, təklif edilən dəyişikliklərin böyük bir qismi aidiyyət institutu ilə bağlıdır. Qanun layihəsində "məhkəmə aidiyyəti" və "ərazi aidiyyəti" arasındakı sərhəd konkretləşdirilir, hər iki aidiyyət növü üzrə mübahisələrə məhkəmələrdə baxılması, şikayət, apellyasiya, kassasiya şikayətlərinin verilməsi qaydaları ətraflı əks olunaraq sistemli şəkildə tənzimlənir. Xüsusilə diqqət çəkən məqamlardan biri ərazi aidiyyətinin pozulması səbəbindən birinci və apellyasiya məhkəməsinin qərarının ləğvinin qadağan edilməsidir.
Digər dəyişiklik işi mahiyyəti üzrə həll etməyən məhkəmə aktlarından verilmiş apellyasiya şikayətlərinə, habelə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlərlə bağlı çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxılması müddəasının əlavə edilməsidir.
Sənədə əsasən Mülki Prosessual Məcəllədə yazılı icraat qaydasında baxılmalı olan işlərin siyahısı genişləndirilərək prosessual müddətlərin bərpası, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası, xarici dövlətin məhkəmə qətnaməsinin tanınmasına qarşı işdə iştirak edən şəxsin etirazına, xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə yazılı icraat qaydasında baxılması təklif edilir. Həmçinin "mübahisələr" sözü konkretləşdirilərək "mülki hüquq münasibətləri ilə bağlı mübahisələr" formasında ifadə olunur.
Deputat Razi Nurullayev məsələ barədə fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən (birinci oxunuş) bəhs edib.
Diqqətə çatdırılıb ki, qanun layihəsi ilə telekommunikasiya xidmətlərinin standartları əvəzinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən keyfiyyət göstəricilərinin müəyyən edilməsi təsbit edilir. Qeyd olunub ki, "keyfiyyət göstəriciləri" anlayışı xidmətin keyfiyyət səviyyəsini müəyyən edən, ölçülə bilən və yoxlanıla bilən meyarları ehtiva edir və tənzimləmənin predmetini daha dəqiq əks etdirir.

Sonra Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumat verib.
Nəzərə çatdırılıb ki, qanun layihəsinin əsas məqsədi ölkə ərazisində dövlət ehtiyacları üçün torpaq sahələrinin alınması prosedurlarının tənzimlənməsi sahəsində mövcud olan qanunvericilik bazasının təkmilləşdirilməsidir. Xüsusilə nəqliyyat və kommunikasiya xətlərinin (tunellər, o cümlədən metro tunelləri, dəmir yolu, metropoliten və tramvay xətləri, stansiyalar və depolar) tikintisi, bərpası və təkmilləşdirilməsi ilə bağlı zəruri torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması zamanı hüquqi mexanizmlərin daha dəqiq, birmənalı və qabaqcıl təcrübəyə uyğun tətbiqinə nail olmaqdır.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təmsil etdiyi komitənin sənəd barədə müsbət rəy verdiyini söyləyib.
Məsələ ətrafında aparılan müzakirələrdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, parlamentin komitə sədri Zahid Oruc, deputatlar Razi Nurullayev, Elçin Mirzəbəyli və Erkin Qədirli çıxış edərək bəzi fikirlərini açıqlayıblar.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-10-2026