Mobil versiya
Bu şəxslərə “ChatGPT” istifadə etməyi yasaqladılar
Tarix: 28-10-2026 | Saat: 07:28
Bölmə:Dünya | çapa göndər

Bu şəxslərə “ChatGPT” istifadə etməyi yasaqladılar

İsveç hökumətinin əməkdaşları həssas məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə iş kompüterlərində “ChatGPT” və “Claude” süni intellekt alətlərindən istifadəni dayandıracaqlar.

aia.az-ın məlumatına görə, hökumətin açıqlamasında bildirilir ki, 2026-cı ilin əvvəlində aparılan araşdırma dövlət qurumlarında süni intellekt platformalarından istifadənin bəzi hallarda problem yarada biləcəyini üzə çıxarıb.

Qərar məxfi və həssas məlumatların emalı zamanı təhlükəsizlik risklərini azaltmaq məqsədi daşıyır.

Dövlət qulluqçularının süni intellekt alətlərindən daha sərt nəzarət və müəyyən edilmiş qaydalar çərçivəsində istifadə etməsinə icazə veriləcək. Məhdudiyyətlərin bu həftədən qüvvəyə mindiyi bildirilir.

Məlumata görə, Vergi Agentliyində və Milli Qayğı Şurasında da “ChatGPT” və “Claude” istifadəsinə məhdudiyyətlər tətbiq olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə