Aqrar təhsilin yeni mərhələsi: ADAU-da inkişaf, yenilənmə və strateji hədəflər
Tarix: 28-10-2026 | Saat: 09:38
Bölmə:Təhsil / Özəl | çapa göndər

Müasir dövrdə aqrar sektorun inkişafı yalnız torpağın münbitliyindən, texnikanın imkanlarından və istehsalın həcminin artırılmasından asılı deyil. Bu inkişafın təməlində elmi biliklərə yiyələnmiş, müasir texnologiyaları mənimsəmiş, yeniliklərə açıq və peşəkar kadr potensialı dayanır. Məhz buna görə aqrar təhsilin keyfiyyətinin yüksəldilməsi, elmlə istehsal arasında əlaqələrin möhkəmləndirilməsi və ali təhsil müəssisələrinin yeni dövrün tələblərinə uyğunlaşdırılması strateji əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasında aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı, qəbul olunan proqramlar və müəyyənləşdirilən prioritetlər bu sahədə kadr hazırlığına da yeni tələblər irəli sürür. Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) həmin vəzifələrin həyata keçirilməsində mühüm elmi-təhsil mərkəzlərindən biri kimi xüsusi məsuliyyət daşıyır. Təhsil yalnız bilik ötürən sistem deyil, cəmiyyətin gələcəyini formalaşdıran strateji qüvvədir. Dövlətin uzunmüddətli inkişafı təbii sərvətlərinin zənginliyi ilə yanaşı, həmin sərvətləri biliyə, biliyi texnologiyaya, texnologiyanı isə ictimai rifaha çevirmək qabiliyyətindən asılıdır. Bu baxımdan aqrar təhsilin inkişafı kənd təsərrüfatının hüdudlarını aşaraq iqtisadi müstəqillik, ərzaq təhlükəsizliyi və milli inkişaf məsələlərinə bağlanır. ADAU-nun rektoru Zəfər Qurbanovun 31 iyul 2026-cı ildə “Azərbaycan” qəzetində dərc olunmuş “Dövlət proqramı aqrar təhsil qarşısında yeni vəzifələr qoyur” sərlövhəli çıxışında da bu məsələlərə xüsusi diqqət yetirilir. Çıxışın əsas məzmunundan irəli gələn mühüm nəticə budur ki, aqrar təhsilin gələcəyi ənənələrin qorunması ilə yanaşı, müasir çağırışlara çevik uyğunlaşmaqdan, elmi potensialı real iqtisadi ehtiyaclarla uzlaşdırmaqdan keçir. Dövlət proqramları qarşıya yalnız kəmiyyət göstəricilərinin yaxşılaşdırılması vəzifəsini qoymur. Onlar eyni zamanda təhsilin məzmununun yenilənməsini, mütəxəssis hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasını və elmi nəticələrin praktik fəaliyyətə tətbiqini zəruri edir. Aqrar sahədə baş verən texnoloji dəyişikliklər, rəqəmsallaşma, resurslardan səmərəli istifadə və ərzaq təhlükəsizliyinin təmin olunması yeni bilik və bacarıqlara malik mütəxəssislərə ehtiyacı artırır. Bu baxımdan ADAU-nun vəzifəsi yalnız tələbələrə nəzəri bilik verməklə məhdudlaşmır. Universitet həm də onların peşəkar düşüncə tərzini formalaşdırmalı, müstəqil qərarvermə qabiliyyətini inkişaf etdirməli və qazandıqları bilikləri real istehsalat şəraitində tətbiq etmələrinə imkan yaratmalıdır. Belə yanaşma aqrar təhsili iqtisadi inkişafın birbaşa iştirakçısına çevirir. Universitet auditoriya ilə təsərrüfat, elmi laboratoriya ilə istehsalat, nəzəri biliklə praktiki bacarıq arasında mövcud olan məsafəni azaltmağa çalışdıqca onun cəmiyyət qarşısında rolu da artır. Bu yanaşma ADAU-nun təhsil, elm və istehsalat arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi konkret təşəbbüslərdə də öz əksini tapır. Universitetin “TEG Agroservis” MMC ilə əməkdaşlıq memorandumu imzalaması, tələbələrin Göygöl Regional Mərkəzində torpaq və su analizləri üzrə istehsalat təcrübəsinə cəlb edilməsi, eləcə də “Agro Dairy” şirkətinin istehsalat sahələrinə təşkil olunan təcrübə səfərləri nəzəri biliklərin praktiki bacarıqlarla tamamlanmasına xidmət edir.
Universitetin 2026-cı il məzun yarmarkası da ali təhsil ilə əmək bazarı arasında əlaqələrin inkişaf etdirilməsinə yönələn tədbirlərdən biridir. Bu təşəbbüslər göstərir ki, aqrar təhsilin səmərəliliyi auditoriyada mənimsənilən biliklərin real istehsalat mühitində tətbiqi, elmi nəticələrin praktik ehtiyaclarla uzlaşdırılması və tələbələrin peşəkar fəaliyyətə hazırlanması ilə sıx bağlıdır. Ali təhsilin keyfiyyəti diplomun verilməsi ilə deyil, məzunun cəmiyyətə və iqtisadiyyata hansı töhfəni verməsi ilə ölçülür. Keyfiyyət nəzərdə tutulanla gerçək vəziyyət arasında olan yaxınlıqdır. Keyfiyyət kənardan baxışla içəridən baxışın yaxınlığıdır.Keyfiyyət zəruri işlərin mümkün qədər vaxtında görülməsidir. Keyfiyyət mövcud formanın əsaslı şəkildə dəyişməsidir, təkmilləşməyə gedən yolun daimiliyidir. Keyfiyyət məzmunun forma ilə tamamlanmasından doğan harmoniyadır. Müasir universitetin uğuru tələbələrin yalnız ixtisas biliklərinə yiyələnməsində deyil, həm də analitik düşünmə, təşəbbüskarlıq, məsuliyyət və yenilikləri mənimsəmə bacarıqlarının inkişafında özünü göstərir. Bu baxımdan ADAU-da tədrisin müasir tələblərə uyğun təşkili, tədris-metodiki materialların yenilənməsi, praktiki məşğələlərin əhəmiyyətinin artırılması və tələbəyönümlü yanaşmanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Tədris prosesi tələbəyə hazır məlumatları mənimsətməklə kifayətlənməməli, onu düşünməyə, müqayisə aparmağa, problemləri təhlil etməyə və əsaslandırılmış nəticələr çıxarmağa sövq etməlidir. Aqrar təhsildə bu yanaşmanın əhəmiyyəti daha böyükdür. Çünki gələcəyin aqronomu, baytar həkimi, mühəndisi və aqrar iqtisadçısı öz biliklərini real şəraitdə tətbiq etmək, dəyişən istehsal mühitinə uyğunlaşmaq və təsərrüfatların qarşılaşdığı problemlərə həll yolları tapmaq bacarığına malik olmalıdır. ADAU-ya göstərilən maraq və etimad 2026-cı il qəbul göstəricilərində də aydın əksini tapıb. Universitet üzrə nəzərdə tutulan 2 082 plan yerinin hamısı dolaraq qəbul planı 100 faiz yerinə yetirilib. Türkiyə, Hindistan, Rusiya və Afrika ölkələrindən 100-dən çox əcnəbi tələbənin ADAU-nu seçməsi, eləcə də əcnəbi tələbə qəbulu prosesinin davam etməsi universitetin beynəlxalq cəlbediciliyinin artdığını göstərir. Peşəkar aqrar kadrların hazırlanmasında mühüm rol oynayan Gəncə Dövlət Aqrar Kollecində də ilkin mərhələdə plan yerlərinin 97,8 faizi üzrə qəbul təmin edilib. Bu göstəricilər aqrar təhsilə artan marağı və ADAU-nun ölkənin ixtisaslı kadr potensialının formalaşdırılması qarşısında daşıdığı məsuliyyəti nümayiş etdirir.
ADAU-da elmi tədqiqatların inkişafı və nəticələrinin beynəlxalq elmi məkanda tanıdılması istiqamətində də müsbət dinamika müşahidə olunur. 2025-ci ildə universitet əməkdaşları tərəfindən Scopus beynəlxalq elmmetrik bazasında 44 elmi nəşr dərc edilib ki, bu da əvvəlki illə müqayisədə 51 faiz çoxdur. Nəşrlərdən 11-i yüksək nüfuza malik Q1 kvartilli jurnallarda işıq üzü görüb, elmi işlərə isə il ərzində 253 istinad edilib. Bundan əlavə, 2021–2025-ci illərdə universitet əməkdaşlarının elmi araşdırmaları əsasında 25 patent əldə olunub. Bu göstəricilər ADAU-da elmi potensialın gücləndirilməsi, tədqiqat nəticələrinin beynəlxalq elmi dövriyyəyə daxil edilməsi və innovasiyaların inkişaf etdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini göstərir. Lakin Azərbaycan Dövlət Aqrar Universitetinin fərqləndirici xüsusiyyəti onun elmi fəaliyyəti ilə istehsalat arasında sıx əlaqə yaratmaq imkanlarında ifadə olunur. Yəni elmi araşdırmaların nəticələri yalnız elmi nəşrlərdə əks olunmamalı, fermer təsərrüfatlarının, emal müəssisələrinin və bütövlükdə aqrar iqtisadiyyatın inkişafına xidmət etməlidir. Elmi-tədqiqat işlərinin praktik problemlərlə əlaqələndirilməsi, tələbələrin tədqiqat prosesinə cəlb olunması, istehsalat müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi və innovativ həllərin tətbiqi bu istiqamətdə mühüm əhəmiyyət daşıyır. Belə əməkdaşlıq həm universitetin elmi potensialını gücləndirir, həm də istehsalçıların müasir elmi biliklərdən faydalanmasına şərait yaradır. Universitetlə aqrar sektor arasında əlaqələrin möhkəmləndirilməsi qarşılıqlı fayda prinsipinə əsaslanmalıdır: istehsalat universitetə real problemlər təqdim etməli, universitet isə həmin problemlərin elmi əsaslarla həllinə töhfə verməlidir. Bu, elmin iqtisadi dəyərə çevrilməsinin ən səmərəli yollarından biridir. Bu gün ADAU-da elmi-tədqiqatların istehsalatla əlaqələndirilməsi istiqamətində konkret addımlar atılır. Universitetin əməkdaşları Goranboy, Ağcabədi, Şəmkir, Samux və Zaqatala daxil olmaqla müxtəlif rayonların fermer təsərrüfatlarında tədqiqatlar aparır, torpağın münbitliyinin qorunması, toxumun keyfiyyəti və əkinçilik texnologiyaları ilə bağlı fermerlərə məsləhət və təlimlər verirlər. Müasir dövrdə elmi potensialın əsl gücü yalnız yaradılan biliklə deyil, həmin biliyin cəmiyyətin ehtiyaclarına nə dərəcədə cavab verməsi ilə müəyyən olunur. Elmin istehsalatla əlaqəsi iqtisadi səmərəliliyin artırılması ilə yanaşı, ölkənin texnoloji asılılığının azaldılmasına, yerli innovasiya imkanlarının genişlənməsinə və iqtisadi suverenliyin möhkəmlənməsinə də xidmət edir. Deməli, universitetin elmi nailiyyəti yalnız akademik nəticə deyil, milli inkişaf potensialının da bir hissəsidir.
Qloballaşan dünyada ali təhsil müəssisələrinin inkişafı beynəlxalq təcrübənin öyrənilməsini, akademik əlaqələrin genişləndirilməsini və müasir təhsil modellərinin yerli şəraitə uyğun tətbiqini tələb edir. Aqrar sahədə qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, innovasiya, rəqəmsal texnologiyalar, elmi əməkdaşlıq və praktik yönümlü kadr hazırlığı rəqabətqabiliyyətli kənd təsərrüfatının əsas şərtlərindəndir. ADAU üçün beynəlxalq əməkdaşlığın əhəmiyyəti yalnız xarici universitetlərlə əlaqələrin qurulmasından ibarət deyil. Əsas məqsəd həmin əlaqələr vasitəsilə tədris və tədqiqat imkanlarını genişləndirmək, müəllim və tələbələrin akademik inkişafına şərait yaratmaq, qabaqcıl metodları öyrənmək və əldə olunan təcrübəni milli aqrar sektorun ehtiyaclarına uyğunlaşdırmaqdır. Eyni zamanda, beynəlxalq standartlara uyğunlaşma milli xüsusiyyətlərin və ölkənin aqrar inkişaf prioritetlərinin nəzərə alınmasını tələb edir. Başqa sözlə, məqsəd xarici təcrübəni olduğu kimi köçürmək deyil, onun səmərəli elementlərindən istifadə edərək Azərbaycanın ehtiyaclarına cavab verən təhsil modeli formalaşdırmaqdır. ADAU-nun beynəlxalq əməkdaşlığı konkret nəticələrlə də müşayiət olunur. Türkiyənin Ege Universiteti ilə həyata keçirilən ikili diplom proqramının 2025/2026-cı tədris ili məzunlarından iki nəfərin Dövlət Proqramı çərçivəsində Türkiyədə magistratura təhsilinə qəbul hüququ qazanması bu əməkdaşlığın səmərəsini göstərir. Bununla yanaşı, Erasmus+ akademik mobillik proqramı tələbə və müəllimlərə beynəlxalq təcrübə mübadiləsi, peşəkar inkişaf və elmi əməkdaşlıq imkanları yaradır. Bu təşəbbüslər qabaqcıl təcrübənin öyrənilməsinə və onun Azərbaycanın aqrar təhsilinin inkişafına yönəldilməsinə xidmət edir.
Universitetin inkişafı, ilk növbədə, insan kapitalının inkişafıdır. Müasir infrastruktur, maddi-texniki baza və tədris imkanları mühüm əhəmiyyət daşısa da, onların səmərəsi peşəkar müəllimlərin, məsuliyyətli idarəetmənin və öyrənməyə həvəsli tələbələrin fəaliyyəti ilə müəyyən olunur. İnsan kapitalına investisiya əslində gələcəyə investisiyadır. İnfrastruktur müəyyən imkanlar yaradır, lakin həmin imkanları inkişafa çevirən insanın biliyi, düşüncəsi və məsuliyyətidir. Universitetin ən böyük sərvəti onun divarları və avadanlıqları deyil, müstəqil düşünən müəllimi, araşdırma aparan tələbəsi və biliyini cəmiyyətin mənafeyinə yönəldən məzunudur. Çünki davamlı inkişaf yalnız nəyi istehsal etməklə deyil, onu hansı biliklə, hansı məsuliyyətlə və hansı məqsədlə istehsal etməklə müəyyən olunur. Bu baxımdan müəllimlərin peşəkar inkişafı, onların elmi və metodiki fəaliyyətinin dəstəklənməsi, gənc mütəxəssislərin potensialının üzə çıxarılması və tələbələrin təşəbbüslərinə şərait yaradılması universitet həyatının vacib istiqamətləridir. Tələbə universitetin yalnız təhsil alan üzvü deyil, onun gələcək elmi və peşəkar potensialının daşıyıcısıdır. Ona görə də təhsil mühitinin sağlam, yaradıcı və təşəbbüsləri dəstəkləyən prinsiplər əsasında qurulması uzunmüddətli inkişafın mühüm şərtidir. ADAU-da insan kapitalının inkişafına tələbələrin elmi fəaliyyətə cəlb olunması və onların yaradıcılıq potensialının dəstəklənməsi vasitəsilə də töhfə verilir. Universitetin Tələbə Elmi Cəmiyyətinin illik konfranslarında müxtəlif fakültələrin tələbələri tədqiqat nəticələrini təqdim edir, elmi müzakirələrdə iştirak edir və fərqlənən işlər mükafatlandırılır. 2026-cı ildə keçirilən elmi-praktik konfranslarda, məsələn, Baytarlıq təbabəti fakültəsində beş, İnformasiya texnologiyaları istiqamətində isə on tələbənin elmi məruzəsi dinlənilib.
Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizdə aqrar təhsilin formalaşması və inkişafı tarixində özünəməxsus yerə malikdir. Azərbaycanda ali aqrar mütəxəssislərin hazırlanmasının əsası 1920-ci ildə qoyulub, 1924-cü ildə isə ölkədə ilk dəfə ali kənd təsərrüfatı mütəxəssislərinin hazırlığına başlanıb. ADAU-nun inkişafı tarixi təcrübənin qorunması ilə yanaşı, yeni nəsil mütəxəssislərin elmi və peşəkar potensialının gücləndirilməsini də nəzərdə tutur. Universitetin tarixi missiyası aqrar sahə üçün mütəxəssis hazırlamaqla yanaşı, ölkənin kənd təsərrüfatı elminin inkişafına, regionların iqtisadi potensialının gücləndirilməsinə və ərzaq təhlükəsizliyinin təmin olunmasına töhfə verməkdən ibarətdir. Bu missiyanın müasir dövrdə uğurla davam etdirilməsi ənənə ilə yeniliyin vəhdətini tələb edir. Tarixi təcrübə universitetin möhkəm təməlidirsə, innovasiya, keyfiyyətli təhsil və elmi axtarışlar onun gələcəyə doğru hərəkətinin əsas vasitələridir.
Zəfər Qurbanovun sözügedən məqaləsində diqqətə çatdırılan məsələlər aqrar təhsilin qarşısında duran vəzifələrin miqyasını anlamaq baxımından əhəmiyyətlidir. Dövlətin müəyyənləşdirdiyi prioritetlərin universitetin gündəlik fəaliyyətində konkret nəticələrə çevrilməsi isə ardıcıl idarəetmə, akademik məsuliyyət və kollektiv səylər tələb edir. ADAU-nun inkişaf perspektivləri təhsil, elm və istehsalat arasında qurulan əlaqələrin nə dərəcədə səmərəli olmasından asılıdır. Dövlətin müəyyən etdiyi strateji hədəflər universitetin elmi potensialı, müəllimlərin peşəkarlığı və tələbələrin təşəbbüskarlığı ilə birləşdikdə real inkişaf nəticələrinə çevrilir. Aqrar təhsilin inkişafı yalnız bir sahənin tərəqqisi deyil, ölkənin iqtisadi dayanıqlılığına, ərzaq təhlükəsizliyinə və milli potensialına qoyulan investisiyadır. Çünki ərzaq təhlükəsizliyi yalnız məhsulun mövcudluğu deyil, həmin məhsulu davamlı və səmərəli istehsal etmək qabiliyyətidir; iqtisadi müstəqillik isə yalnız resurslara sahib olmaq deyil, onlardan elmi əsaslarla istifadə etmək bacarığıdır. ADAU-nun tarixi missiyası da məhz bu məqamda müasir məzmun qazanır: milli aqrar ənənələri qorumaq, elmi yenilikləri mənimsəmək və əldə olunan bilikləri ölkənin inkişafına yönəltmək. Universitetin həqiqi uğuru yetişdirdiyi mütəxəssislərin sayından daha çox, onların ölkənin gələcəyində yaratdığı dəyərlə ölçülür. Güclü aqrar təhsil güclü aqrar sektorun, güclü aqrar sektor isə iqtisadi dayanıqlılığın və milli inkişafın mühüm dayaqlarından biridir.
Ceyhun Hüseynov,
ADAU-nun İctimai fənlər kafedrasının dosenti, siyasi elmlər namizədi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-10-2026