YAP Qazax rayon təşkilatının ərazi partiya təşkilatlarında silsilə tədbirlər davam edir -Fotolar
Tarix: 28-10-2026 | Saat: 10:06
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olunduqdan sonra, yeni bir geosiyasi şəraitdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi.
Qurultayda Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları tapşırıq və tövsiyyələrlə zəngin olan, dərin məzmunlu, proqram xarakterli nitq söylədi.
Qurultaydan sonra respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da rayon təşkilatının ərazi partiya təşkilatlarında Qurultayın yekunlarına həsr olunmuş tədbirlər keçirilir.
Növbəti tədbirlər rayon təşkilatının “Arkoz Qazax Sement Zavodu” MMC, Qazax şəhər 4 saylı tam orta məktəb, Qazax məktəb lisey, YAP Qazax rayon təşkilatı Aparatı və Heydər Əliyev prospekti -61 V ünvanı ərazi partiya təşkilatlarında keçirilib.
Ərazi partiya təşkilatlarında keçirilən tədbirlərdə rayon təşkilatının sədri, Aparatın əməkdaşları və Qurultay nümayəndələri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Qurultayın böyük ruh yüksəkliyi ilə, mütəşəkkilliklə keçməsindən, Möhtərəm Prezident İlham Əliyev cənablarının Qurultaydakı proqram xarakterli nitqindən, YAP-ın Azərbaycanın dövlətçilik tarixində oynadığı mühüm roldan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən, növbəti hədəflərdən ətraflı danışıb. Rayon təşkilatının sədri Möhtərəm Prezident İlham Əliyev cənablarının proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı partiya üzvlərinə lazımı tapşırıq və tövsiyyələrini verib.
Tədbirlərdə çıxış edən partiya üzvləri Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının Qurultaydakı nitqdən irəli gələn vəzifələri, tapşırıqları yüksək fəallıqla, şərəflə yerinə yetirəcəklərini bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-10-2026