Mobil versiya
ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvə göndərir – İsraildə yeni hazırlıq
Tarix: 28-10-2026 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər

ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvə göndərir – İsraildə yeni hazırlıq




ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək məqsədilə İsrailə əlavə “Patriot” zenit-raket kompleksi göndərməyə hazırlaşır.

“The Wall Street Journal” nəşrinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, hava hücumundan müdafiə sistemi ABŞ-nin Texas ştatından İsrailə yerləşdiriləcək.

Bununla yanaşı, noyabr ayında regiona ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni aviadaşıyıcı zərbə qrupunun göndərilməsi də planlaşdırılır.

Yeni hərbi birləşmə hazırda Yaxın Şərq sularında patrul xidməti aparan təxminən 20 Amerika hərbi gəmisinə qoşulacaq.

Məlumata əsasən, Pentaqonun bu addımları İran və onun regional müttəfiqlərindən qaynaqlanan mümkün təhlükələrə qarşı müdafiə imkanlarını artırmaq məqsədi daşıyır.

ABŞ-nin əlavə hərbi qüvvələr yerləşdirməsi Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı bir dövrə təsadüf edir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-10-2026