Bakı Forumu: fərqli mədəniyyətlər, ortaq dəyərlər və qarşılıqlı etimad platforması
Tarix: 28-10-2026 | Saat: 16:13
Bölmə:Manşet / Siyasət | çapa göndər

Oktyabrın 27-də Bakıda keçirilən və “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunan VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif ölkələri və mədəniyyətləri bir araya gətirməklə qlobal problemlərin müzakirəsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma kimi çıxış edir.
Müasir dünyada mədəniyyətlərarası dialoqun təşviqi, xalqlar və dövlətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Müxtəlif mədəniyyətlərə, dinlərə və ənənələrə malik insanların bir araya gəlməsi, ortaq dəyərlər ətrafında fikir mübadiləsinin aparılması qlobal çağırışların həlli baxımından mühüm rol oynayır. Bu baxımdan, Bakı Forumunun beynəlxalq səviyyədə geniş maraq doğurması Azərbaycanın multikulturalizm ənənələrinə, tolerantlıq prinsiplərinə və sivilizasiyalar arasında əməkdaşlığın inkişafına verdiyi töhfənin bariz göstəricisidir. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər platforma dialoq və qarşılıqlı hörmət əsasında daha təhlükəsiz, sabit və həmrəy dünyanın qurulmasına xidmət edir. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir.
Dövlətimizin başçısı beynəlxalq münasibətlərdə ikili standartların yolverilməzliyinə də toxunub. Azərbaycanın uzun illər ərzində üzləşdiyi işğal, etnik təmizləmə və mədəni irsin dağıdılması kimi ağır faciələr beynəlxalq hüququn prinsiplərinə ardıcıl və obyektiv yanaşmanın vacibliyini bir daha nümayiş etdirir. Beynəlxalq hüquq normalarının selektiv şəkildə tətbiqi yolverilməzdir və bu cür yanaşma beynəlxalq münasibətlər sistemində ədalətə, etimada və qarşılıqlı hörmətə xələl gətirir. Dövlətlərarası münasibətlərdə hər bir ölkənin suverenliyinə, ərazi bütövlüyünə və müstəqil seçim hüququna hörmət edilməlidir. Heç bir dövlətin digərinə öz iradəsini diktə etmək, onun daxili və xarici siyasətinə təzyiq göstərmək hüququ yoxdur. Davamlı sülhün və qarşılıqlı faydalı əməkdaşlığın təmin olunması yalnız bərabərhüquqluluq, qarşılıqlı etimad və dövlətlərin suveren hüquqlarına hörmət prinsipləri əsasında mümkündür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq: “Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı “əziyyət çəkmək” ifadəsi bəlkə də çox sərt səslənir. Əslində, biz artıq əziyyət çəkmirik. Çünki istədiyimizə nail olmuşuq və öz torpağımızda azad yaşayırıq. Bununla belə, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir”.
Ölkəmiz dağıntılardan, işğalın ağır nəticələrindən və yoxsulluqdan tərəqqiyə doğru öz gücü və xalqımızın zəhməti hesabına böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan iqtisadi potensialı, enerji və nəqliyyat sahəsindəki mövqeyi, müstəqil xarici siyasəti və beynəlxalq təşəbbüsləri ilə regionun aparıcı dövlətlərindən biridir. Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri, Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlıq əlaqələri ölkəmizin beynəlxalq nüfuzunun göstəriciləridir.
Azərbaycanın beynəlxalq nüfuzunun artması, eyni zamanda, ölkəmizdə formalaşmış ictimai-siyasi sabitliyin, milli həmrəyliyin və müxtəlifliyə hörmət prinsipinin nəticəsidir. Azərbaycanda fərqli etnik və dini mənsubiyyətə malik insanların vahid cəmiyyətin bərabərhüquqlu üzvləri kimi yaşaması multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir. Bu model sübut edir ki, milli kimliyi qorumaqla yanaşı, başqa mədəniyyətlərə hörmət etmək və ümumi dəyərlər ətrafında birləşmək mümkündür. Məhz bu yanaşma ölkəmizin beynəlxalq dialoq təşəbbüslərinə verdiyi töhfəni artırır və Azərbaycanı müxtəlif sivilizasiyalar arasında etibarlı əməkdaşlıq məkanına çevirir.
Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda fəal iştirakı və qarşıdakı illərdə mühüm tədbirlərə ev sahibliyi edəcək olması da ölkəmizə göstərilən etimadın ifadəsidir. İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün 2027-ci ildə, Avropa Siyasi Birliyinin Zirvə Görüşünün isə 2028-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bu faktlar Azərbaycanın fərqli coğrafiyaları, siyasi mövqeləri və mədəniyyətləri bir araya gətirmək imkanlarını nümayiş etdirir. Ölkəmizin beynəlxalq münasibətlərdə qazandığı mövqenin əsasında məhz qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və müstəqil siyasət dayanır.
Prezident İlham Əliyev çıxışında Ermənistanla sülh prosesinə də toxunub. 2025-ci ilin avqustunda Vaşinqtonda, ABŞ Prezidentinin iştirakı ilə sülh sazişinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması Cənubi Qafqazda yeni siyasi reallıqların formalaşması baxımından mühüm hadisədir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, regionda davamlı sülhün və əməkdaşlığın təmin olunması üçün yeni imkanlar yaradıb.
Beləliklə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda vurğulanan fikirlər Azərbaycanın beynəlxalq siyasətinin əsas istiqamətlərini ortaya qoyub. Ölkəmiz öz milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, qlobal problemlərin həllində dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın tərəfdarıdır. Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər forum isə bir daha təsdiqləyir ki, mədəniyyətlərarası dialoq təkcə fərqli cəmiyyətləri yaxınlaşdıran vasitə deyil, həm də daha ədalətli, təhlükəsiz və sabit dünyanın qurulmasının mühüm şərtidir.
Heydər Əsədov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər